Page 46 - antologiya
P. 46
Türkiyə ədəbiyyatı antologiyası

– Bәs niyә Dadaruxa demәmisәn?
– Yatmışdı.
– Onu bura çağır görüm.
Çәpәri adlayaraq kölgәli yolla evә qaçıb Hәsәni
çağırdım. Qaça-qaça arxamca gәldi.
– Yalan danışsan, döyәcәm! – Atam onun gözlәrinin
içinә baxaraq dedi.
– Düzünü deyәcәm.
– Qaşovu sәn qırmısan?
Hәsәn Daraduxun әlindәki alәtә heyrәtlә baxaraq,
sarısaçlı başını yellәdi:
– Mәn qırmamışam.
– Dedim axı, yalan danışma.
– Mәn qırmamışam.
– Әsәbilәşmәyәcәm, düzünü de, yalan danışmaq yax-
şı şey deyil.
46 – Mәn qırmamışam.
Atam onun sifәtinә bir şillә ilişdirib, Dadaruxa tәrәf
qışqırdı:
– Apar bunu evә, bir dә bura buraxma, qoy otursun
Pәrvinin yanında.
Daradux ağlayan qardaşımı qucağına alıb çәpәrin
qapısına tәrәf yeridi. Artıq mehtәrxanada tәk oynayırdım,
Hәsәn ev dustaqlığındaydı. Anam gәlәndәn sonra da atam
onu bağışlamadı, söhbәt düşәndә: “O, yalançıdı” – deyir-
di. Şillә Hәsәnin yadına düşәndә ağlayır, onu güclә sakit-
lәşdirәn anamın ağlına da gәlmirdi ki, qardaşıma böhtan
atmışam.
O biri il anam yayda yenә İstanbula getdi. Hәsәnin
mehtәrxanaya girmәk qadağası hәlә dә qüvvәdәydi. Gecә-
lәr yatmağa hazırlaşanda atların vәziyyәtini, dayçaların
böyüyüb-böyümәdiyini mәndәn soruşurdu...
Qәfildәn xәstәlәndi. Hәkim dedi ki, “Quşpalazı”
xәstәliyinә tutulub. Qonum-qonşudakı bütün qadınlar axı-
   41   42   43   44   45   46   47   48   49   50   51