Page 381 - antologiya
P. 381
sən Kallimci 381
– Bu, çox qiymәtli kitabdı. Mәnin başım çıxmır,
ancaq rәhmәtlik әrim belә demişdi. Tapşırmışdı ki, otuz
lirәdәn aşağı vermәyim.
– Ola bilәr, bәlkә dә, kitab, hәqiqәtәn, çox qiymәtlidi,
ancaq istәdiyiniz pulu vermәyә imkanım yoxdu. İcazә
verin, bunu maarif naziri Әmrullah bәyә göstәrim, bәlkә,
nazirliyin işçilәri alar. Siz kitabı mәnә verin, beş-on günә
bir xәbәr deyәrәm.
Kitabçı mәni alıb maarif nazirinә apardı. Nazir
qiymәtimi müәyyәnlәşdirmәk üçün mәni bir quruma
hәvalә etdi. Onlar mәni çәk-çevirә salıb, haqqımda artıq-
әskik sözlәr dedilәr. Qiymәtimi anlaya bilmәmişdilәr. Axır
ki, kitabçını çağırdılar:
– Bu, köhnә bir lüğәtdi. Ancaq on lirә verә bilәrik.
– Sahibi dul qadındı, otuz lirәdәn ucuz satmır.
– Otuz lirәyә bir kitabxana ala bilәrik. Bir kitaba bu
qәdәr pul verilmәz, götür apar, biz istәmirik!
Kitabçı mәni qoltuğuna vurub dükanına döndü: pula
ehtiyacı olan bir qadına kömәk edә bilmәdiyi üçün qanı
qaralmışdı. Elә bu vaxt içәri bir nәfәr daxil oldu. Gәlәn
Diyarbakırlı Әli Әmiri әfәndi idi. Bürhan bәy onu görüb
bir az ümidlәndi, ürәyindә dedi: “Ey kitab xәstәsi, sәni
Allah göndәrdi”. Әli Әmiri әfәndi tez-tez kitab bazarına
gәlәrdi, dükan-dükan gәzib nadir kitabları alardı. Söhbәt
gәzirdi ki, minlәrcә qiymәtli kitabı var, kitabı qadından
çox sevdiyindәn ailә dә qurmayıb, qazandığını ancaq
kitablara xәrclәyir.
– Tәzә bir şey var, Bürhan bәy?
– Var, bir hәftә әvvәl әlimә keçib. Sahibi dul qadındı,
otuz lirәyә verir. Maarif Nazirliyi isә on lirә qiymәt qoydu
bu kitaba. Görünür, yaxşı kitabdı... Qadın sabah gәlәcәk,
qaytaracam özünә.
Artıq Әli Әmiri әfәndinin әllәrindә idim. Bu kitab
xәstәsi adımı oxuyanda gözlәri parıldadı, ürәyindә “Sәn