Page 384 - antologiya
P. 384
Türkiyə ədəbiyyatı antologiyası
Kilisli mәni oxuyub günlәrcә üstümdә işlәdi. Qarışan
sәhifәlәrimi sahmana salıb nömrәlәdi. Yeni sahibim çox
sevinirdi:
– Böyük bir iş gördün, Rüfәt. Zәhmәtinә görә evimin
yarısını sәnә vermәk istәyirәm...
Ancaq, görünür, Kilisli fürsәtcil adam deyilmiş:
– Yox, qәbul edә bilmәrәm. Bu kitabın nәşr olunduğu
günü görmәk әn böyük hәdiyyә olar mәnә.
1910-cu ildә İstanbulda artıq çap maşınları vardı.
Ancaq mәnim qısqanc sahibim çoxalmağıma razı olacaq-
dımı? Ziya Gökalpla Kilisli Rüfәtin qurduqları plan üzrә
maliyyә naziri İbrahim bәy Әli Әmirinin evinә iftar
süfrәsinә dәvәt olundu. Guya tam tәsadüfәn Tәlәt Paşa da
bir-neçә nәfәrlә o mәclisә gәlmişdi. Maliyyә naziri tәrif
xәstәsi olan Әli Әmiri barәdә paşaya xeyli xoş sözlәr
deyәndәn sonra qәsdәn söhbәti mәnim üstümә gәtirdilәr
384 vә Tәlәt paşa kitabın çap edilmәsinә razılıq verdi.
İlk dәfә üç cilddә çap olundum. Daha sonra Türki-
yәdә vә xaricdә çap olunmaqda davam elәdim. Müәl-
lifimin tәmir olunmuş türbәsindә qurulan kitabxanada
müxtәlif ölkәlәrdә çap olunmuş nüsxәlәrim toplandı.
Türkiyә vә dünya mәni yavaş-yavaş tanımağa başladı.
Deyәsәn, özümdәn çox danışıram. Qoy bir az da
qardaşımdan söhbәt açım. Heyif ki, onun tәkcә adını vә
yalnız bir qrammatika kitabı olduğunu bilirik. İndi özü
haradadı, kimin әlindәdi, bilәn yoxdu. Qaşqarlı Mahmud
bu kitabda türk boylarından topladığı yeddi min beş yüz
sözü köklәri vә şәkilçilәriylә birlikdә qeyd edib. Hәr
kәlmәnin hansı boyda necә sәslәndiyini göstәrib. “Türk
lәhcәlәri qrammatikası” da adlandıra bilәcәyiniz qardaşım
da mәnim kimi qәlәmlә hәrf-hәrf, sәtir-sәtir yazılıb.
Sәhifәlәri tikilib, qara dәriylә cildlәnib. Vәssalam,
bildiyim elә bu qәdәrdi.