Page 380 - antologiya
P. 380
Türkiyə ədəbiyyatı antologiyası

Hörmәtimin uca tutulmağı sevindirsә dә, onların bu
söhbәti mәni kәdәrlәndirdi. Hәmin sahibim ölәndәn sonra
arvadı, doğrudan da, ehtiyac içindә yaşadı. Kitabı, yәni
mәni aparıb satmaq üçün çantasına qoydu. Ancaq әllәrinin
titrәyişindәn tәrәddüd elәdiyini hiss edirdim. Kitab
bazarına ilk dәfә gәldiyi üçün çәkinә-çәkinә әtrafa boy-
lanır, kitabçı dükanlarını gәzәrәk Bürhan bәyi axtarırdı.
Nәhayәt, onun yerini göstәrdilәr.

Dükanda orta yaşlarında bir adam rәflәrdәki kitabları
sәliqәyә salırdı.

– Xoş gәlmisiniz! – Kitabçı onu görüb işindәn ayrıldı.
– Bürhan bәy sizsiniz? – Qadın soruşdu.
– Mәnәm xanım, buyurun.
– Keçmiş maarif naziri Nazıf Paşanın yoldaşıyam.
– Çox şad oldum. Mәrhum әrinizi tanıyırdım. Yaxşı
insan, hörmәtli müştәrim idi.
380 Qadın mәni çantasından götürüb ona uzatdı. Әllәri
әsirdi. Elә bil ölüm ayağında olan әrinin başı üstündә qәm
dәryasına batmışdı. Titrәk sәslә dedi:
– Bu kitabı satmaq istәyirәm.
– Bir baxım...
Kitabçı mәni әlinә aldı. Adımı oxuyub vәrәqlәyәndә
üzünü turşutdu. Әslindә haqlıydı, çünki çox köhnәl-
mişdim, yeddi yüz әlli il ömür sürmüşdüm: cildim dağı-
lırdı, sәhifәlәrimin bәzilәri qopmuş, yerlәri qarışmışdı, ağır
bir xәstәliyә tutulmuşdum; müalicәyә, qulluğa ehtiyacım
vardı.
Kitabçı mәni ilk dәfәydi görürdü. Baxışından, toxu-
nuşundan anladım ki, dәyәrimdәn xәbәrsizdir, başı çıxmır
mәndәn.
– Neçәyә satırsınız?
– Otuz lirәyә.
– Çox bahadı, – üzünü turşudaraq dedi.
   375   376   377   378   379   380   381   382   383   384   385