Page 376 - antologiya
P. 376
Türkiyə ədəbiyyatı antologiyası

nәzәrә alsanız, şәklimizin, quruluşumuzun vә hәtta
dәyәrimizin dә bәnzәrliyini görәrsiniz. Sahibimin sәhi-
fәlәrimdәn birinә yazdığı kimi, “beş barmağın beşi dә bir
olmaz!” Bu sözә görә, “qardaş qardaşa bәnzәmәz!” –
düşünә bilәrsiniz. Ancaq nә deyirsizsә-deyin, cildimiz,
içimizdә yazılanlar eyni olmasa da, inanın, dәyәrimizdә
bir fәrq yoxdu...

İkimizi dә Mahmud yazıb... O, Qaşqar şәhәrindә
böyüyüb boya-başa çatdığı üçün “Qaşqarlı Mahmud”
adıyla mәşhur idi. Şәrq Qaramanlı dövlәtinin xaqanı
Mәhәmmәd Buğra xanın nәvәsi, vәliәhd Hüseyn Çağrı
Tuginin oğlu idi. O, bütün türklәr kimi at minib qılınc oy-
natmaqda mahir idi, ancaq hәm dә dövrünün tәhsil
ocaqlarından faydalanmışdı. Әrәbcәni, farscanı mükәm-
mәl bilәn Mahmud türk dilindә dә gözәl danışırdı. Türk
dilinin vә türklәrin lağa qoyulması onu ağrıtdığından elә
376 hey fikirlәşirdi: “Axı niyә әrәbcә üstün sayılmalıdı, әslindә
türkcәmiz ondan geri qalan dil deyil. Türk dilinin
әhәmiyyәtini hәm türklәrә, hәm dә әrәblәrә başa salmaq
lazımdı”. Belәcә, xeyli düşünüb-daşındı vә nәhayәt, türk
dili haqqında böyük bir kitab yazmaq qәrarına gәldi.
Әrsәyә gәtirәcәyi kitabın vacibliyini yaxşı bilirdi: “Elә bir
kitab yazmalıyam ki, onu oxuyanlar türk dilinin vә
türklәrin ucalığını dәrk etsin”. Varlı ailәnin uşağıydı, pula
ehtiyacı yox idi. Qovurmasını, qımızını, qurutunu,
qәlәmini, mürәkkәbini, kağızlarını da götürәrәk atlanıb
uzun yola çıxdı. Asiyaya, Türküstan torpaqlarına üz tutdu.
Yaylaq-yaylaq, qışlaq-qışlaq, oba-oba, şәhәr-şәhәr dolaşdı.
Uyğur, oğuz, qıpçaq, türkmәn, qırğız, çiqil, yağma… –
bütün türk boylarından olan insanlarla görüşdü, dağdakı
çobanlarla, evdәki qadınlarla, ozanlarla, ağsaqqallarla
söhbәt etdi. Nә yayın istisi, nә qışın ayazı onu yolundan
döndәrә bildi...
   371   372   373   374   375   376   377   378   379   380   381