Page 374 - antologiya
P. 374
Türkiyə ədəbiyyatı antologiyası

QARDAŞIMI AXTARIRAM

Qaşqarlı Mahmuda 1000 illik yubileyi münasibәti
ilә Allahdan rәhmәt dilәyirәm...
Qardaşımı axtarıram... Bu, adi bir axtarış elanı deyil,
içimdәn gәlәn bir fәryaddı! Qardaşım üçün çox darıxıram.
Uzun illәrdi, ona hәsrәtәm. Sәmimi-qәlbdәn etiraf edirәm:
Allah heç kimә mәn çәkәn dәrdi göstәrmәsin. Özünüzü bir
anlıq mәnim yerimә qoyun. Doğma qardaşınızdan illәr
boyu xәbәr-әtәrsiz qalsanız, bağrınız dağlanmazmı, göz
yaşınız sel olmazmı? Hә, bax belәcә, halımı sizә әrz
elәdim. Onu tanıyıb-bilәn varsa, Allah xatirinә mәnә xәbәr
versin. Qardaşımı tapmağa kömәk elәsәniz, sizә duaçı
olaram.
Allah xatirinә... deyirәm: Allahın razılığını qazanmaq
374 әn yüksәk mükafatdı, elә deyilmi? Ancaq bunu bilin ki,
qardaşımı tapana dünyәvi bir hәdiyyәm dә olacaq. Elә-
belә başaldadan mükafat deyil ha, söhbәt beşdәn, ondan,
yüzdәn yox, min cümhuriyyәt qızılından gedir...
Hә, eşidib sevindiniz, elә deyilmi? Bәlkә dә, belә
fikirlәşdiniz: “Bu itkin qardaşı mütlәq mәn tapmalıyam,
mükafatı mәn qazanmalıyam!” Bәh-bәh, tәsәvvür edin ki,
ovcunuzda bir kisә qızıl tutmusunuz: pis olmaz, elә deyil?
Etiraf edin, gizlәtmәyin! Yaşından, sәnәtindәn, tәhsilindәn,
maddi vәziyyәtindәn asılı olmayaraq, hәr kәs belә bir
qazanc әldә elәmәk istәyәr.
Yәqin, indi qardaşımın kim olduğunu bilmәk istәyir-
siniz, artıq mәsәlәyә marağınız var, bu, halınızdan bәllidi.
Qardaşımın xüsusiyyәtlәrini sizә bildirәcәyәm ki, onu
görәndә asanlıqla tanıya bilәsiniz, mükafatı almaq şansınız
çoxalsın. Tanıyandan sonra mütlәq әlaqәdar yerlәrә
mәlumat vermәlisiniz ha... Ancaq bu, elә dә asan olma-
yacaq. Bilirәm, bu axtarış başqa axtarışlara oxşamır.
   369   370   371   372   373   374   375   376   377   378   379