Page 370 - antologiya
P. 370
Türkiyə ədəbiyyatı antologiyası

ağaclarının nә vaxtsa güllәrini tökәcәyinә, cavanlığının
onu tәrk edib uzaqlara gedәcәyinә inanmır.

Yenә şәkillәrә baxdım. Şabi ustanın gözlәri yenә
parıldadı.

– Bu şәkillәrin hamısında sәnsәn? – Soruşdum.
– Yox.
Şәkillәrdәn ikisini ayırıb:
– Bunlar әmiuşaqlarımdı, – dedi.
Şәkillәrdәki gәnclәr Şabi ustaya bәnzәmәsә dә,
nәdәnsә yalan danışdım:
– Әmiuşaqları sәnә oxşayır ha…
– İstanbulda yaşayırlar, çox sevirlәr mәni, – deyib
әlindәki ayaqqabını masanın üstünә qoydu. Parıldayan
gözlәrinin içindә alov gördüm. Mәnә baxsa da, fikri başqa
yerdә idi. Gözlәrinin dәrinliyindә, kim bilir, nә xәyallar,
nә arzular gizlәnmişdi? Tәk bildiyim odur ki, Şabi ustanın
370 dünyasına yad deyilәm, onun bu qәrib dünyası mәnim dә
içimi yandırırdı.
– Әmiuşaqların bura gәlibmi heç?
– Çoxdan. Bayramda gәlmişdilәr. Gәlәndә...
– Ay usta, İstanbulda olmusan?
– Olmamışam, әmiuşaqları çağırdılar, amma getmә-
dim.
– Bәlkә, heç olmasa, bircә dәfә gedәsәn?!
– Nә bilim, bәlkә dә... Pul da var, hәvәs dә var. Gedә-
rәm, gedәrәm…
Әyilә-әyilә qalxdı. Elә bildim, nәsә axtarır. Yanılmış-
dım, emalatxananın qapısından çölә çıxdı. Başını qaldırıb
sәmaya baxdı. Beli lap bükülmüşdü. Sağ әlini sinәsinә
qoyub bir neçә dәqiqә o vәziyyәtdә qaldı, hansı sirli
dünyalara sәfәr etdiyini bilmәdim. Yenә dә heyrәtlә ona
baxdım vә Şabi ustanın ağzından heç gözlәmәdiyim bir
söz çıxdı:
– Salam, Türkiyә!
   365   366   367   368   369   370   371   372   373   374   375