Page 366 - antologiya
P. 366
Türkiyə ədəbiyyatı antologiyası

hәyatın qara rәnglәrini görürsәn, onları özünә dәrd
edirsәn? Bәzәn insan istәmәsә dә, günәşli bir gündә
qәflәtәn sәmanı qara buludlar örtәr vә yağış yağar. “Vay,
gözәl, işıqlı günüm mәhv oldu” – düşünәrsәn, ancaq yağış
bәrәkәtdi: hәr tәrәfә can verәr, daha aydın, daha pak bir
günün doğmasına sәbәb olar. Ölüm – yenidәn doğul-
maqdı...”

Bu mәktuba cavab gәlmәdi... Hәftәlәrcә, aylarca
yorulmadan, bezmәdәn yazdım, xeyri olmadı, bir cümlә
dә yazmadı. Bәlkә, iş yerini dәyişib, bәlkә, başına bir iş
gәlib? Öyrәnә bilmәdim, yaşadığı qәsәbәyә getmәk istә-
sәm dә, bacarmadım; buna nә cәsarәtim, nә dә gücüm
qalmışdı. Mәktәbә dә hәvәssiz gedirdim. İlboyu bәslә-
diyim ümidlәrin, arzuların hamısı puç olmuşdu. Әkdiyim
güllәr tumurcuqlamadan saralıb-solmuşdu.

366
   361   362   363   364   365   366   367   368   369   370   371