Page 362 - antologiya
P. 362
Türkiyə ədəbiyyatı antologiyası

sanki mәni tilsimlәyәrәk arxasınca çәkib aparırdı. O, sәhәr
növbәsindә işlәdiyinә görә donuq baxışlı, sәrt üzlü müdir-
dәn nә qәdәr xahiş etsәm dә, günorta növbәmi sәhәrә dә-
yişmәdi.

Әvvәllәr keçirmәdiyim qәribә bir hiss mәni ona tәrәf
çәkirdi. Hәr gün dәrs saatıma xeyli qalmış mәktәbә
gedirdim. Ağıllı, gülәrüz qız idi. Tәnәffüslәrdә bir dost
kimi mәnә özündәn danışırdı. Adı Selindi, atasını erkәn
itirmişdi. Atasının vәfatından sonra qohumları onunla
әlaqәni kәsmiş, anası isә qızını internat mәktәbinә qoy-
muşdu. Hәyatında xәstә anasından başqa, kimsәsi yox idi,
ikiotaqlı balaca bir evdә yaşayırdılar. Hәr dәfә bunları
mәnә danışanda yazığım gәlmәsin deyә mәğrurluğunu
saxlamağa çalışsa da, içindәki tufanı gizlәdә bilmirdi.
Bәzәn yol çәkәn gözlәri onu әlә verirdi. Xırda bir şeydәn
xoşbәxt olduğu halda, bәzәn böyük sevinc yaşadacaq ciddi
362 hadisәlәri vecinә dә almazdı. Hәrdәn elә dәrdli, elә dalğın
görünürdü ki… Hәmin anlarda onunla söhbәt elәmәyi,
ürәyimdәkilәri ona açmağı çox istәyirdim.

Ona isti münasibәtim müәllimlәrin gözündәn qaç-
mırdı. Deyәsәn, bu vәziyyәt qızı çox narahat edirdi: mәn
müәllimlәr otağında olanda içәri girmәz, hәyәtә çıxıb tәk
gәzәrdi.

Özümә söz verdim ki, bir ay Selin tәrәfә baxmaya-
cağam. Mәktәbә ancaq iş saatlarımda gedib-gәlmәyә
başladım, onunla rastlaşmamağa çalışdım. Semestr tәtilinә
qәdәr qızı heç görmәdim. Bu müddәt mәnә çox uzun gәldi,
heç nәdәn zövq ala bilmirdim. Hәyat yoldaşım, uşaqlarım,
dostlarım – hamısı yadlaşmışdı. Mәni incidәn bu mәkrli
hissi içimdәn ata bilmirdim. Axşam gәzintisinә çıxmaq
adәtim olmasa da, artıq bәzәn dar küçәlәrdә saatlarla tәk
gәzirdim. Bu anlarda unuda bilmәdiyim, ürәyimi ağrıdan,
ilk baxışdan mavi, yoxsa yaşıl olduğu bilinmәyәn o gözlәr
mәnimlә idi. Varlığımdakı bu dәyişikliyә bir mәna verә
   357   358   359   360   361   362   363   364   365   366   367