Page 357 - antologiya
P. 357
za Həpçilingirlər
indi tikandı sanki. Hәr dәfә evә dönәrkәn rakı alardım, indi
onu da yadırğamışam. Mahnılar da elә... hәmişә ikinci
qәdәhdәn sonra mütlәq bir mahnı oxuyardı:
“Yalqız qoyub belә tez getmә bu axşam,
Sәnsiz oturub içәrkәn yetimlәşirәm”.
Astadan zümzümә edәrdi, sonra da mәni yanına çә- 357
kәrdi: “Sәn dә oxu, sәn dә oxu”, – deyib oxudardı mәni.
Hә, hә, bax o mahnını oxu: “Söylәmәk istәsәm könüldәkini,
dilimә dolaşan iztirab olar”. Sәsim dә o zamanlar gözәl
idi. Heç bilmirәm, indi necәdi. Sәkkiz ayda hәr şeyә
yadırğadım. Niyә itirib-axtarmadı? Gedәndәn bәri ilk dәfә
dünәn zәng elәyib, onu da ki “gәlәcәyәm” demәk üçün.
Görәsәn, gәlişi necә olacaq? Güllәrlә? Yox әşi, özünü
romantik aşiq kimi göstәrmәk istәmәz. Yәqin, uşaqlara
nәsә alıb gәtirәr, vәssalam. Böyük oğlana kitab, kiçiyinә
oyuncaq. Görәsәn, mәnә nәsә alıb? Hәlә dә sevirsә, yәqin
ki, alar... “Hәyatında başqası var?” – soruşmuşdum. Film-
lәrdә dә hәmişә belә danışırlar. “Niyә gedirsәn?” sualıma
“Soruşma!” cavabını vermişdi. “Axı nәyim qane etmir
sәni, nәyimi bәyәnmirsәn axı?” – soruşmaq istәsәm dә,
dinmәmişdim. Bәlkә dә, hansısa hәrәkәtim qıcıqlandırırdı
onu. Nә bilim, mәsәlәn, yeyәndә ağzımı marçıldatmağım.
Soruşsaydım, cavab verәrdi, görәsәn? Nә dәrdi vardı, niyә
darıxırdı, bu ev, bu dörd divar niyә belә sıxırdı onu? İnan
ki, anlamırdım. Demәli, mәni özünә yaxın bilmәyib ki,
dәrdini açıb demәdi... “Salam, necәsәn?” – deyәcәk, nә
cavab verәcәyәm? Ürәyim ağzıma gәlәcәk, dilim tutula-
caq. Gileylәnmәkdәn dә qorxuram: problemlәrimlә onun
dincliyini yenidәn pozmaq istәmirәm. Bәs neylәyim? Elә
belәcә üzünә baxıb gülümsәyim? Yox, yox… Әvvәl-axır,
incidiyimi bilib sәhvini başa düşmәlidi, bu ürәk daş deyil