Page 358 - antologiya
P. 358
Türkiyə ədəbiyyatı antologiyası

ha. Üzümü çevirib yavaş-yavaş mәtbәxә keçәrәm ki, guya
işlәrim var. Bacararam, görәsәn? Yәqin ki, “Niyә belә
edirsәn?” – soruşacaq. Yenә tәbәssüm göstәrib dilimi
dişimә sıxaram. Bilmirәm, susa bilәrәm, yoxsa yox?
Birdәn hәmişәlik çıxıb gedәr. Bәlkә dә, heç getmәz.
Yәqin, gördüyünü görüb, anladığını anlayıb artıq: bizsiz
qala bilmәyәcәyini, bizi sevdiyini vә bir daha atıb gedә
bilmәyәcәyini dәrk edib...

– Uşaqlar necәdi, әrin yaxşıdı?
– Uşaqlar yaxşıdı, böyüyü mәktәbә gedir, kiçiyi dә
ki, qismәt olsa, gәlәn il gedәcәk.
– Bәs әrin necәdi?
– O da yaxşıdı.
– Demişdin, keçәn il problemlәriniz olub, işdәn dә
çıxıb. Yoluna düşdümü?
– Bunları sizә demişdim? Maraqlıdı! Mәn? Başqa-
358 sına? Ailә sirrini?... Nә әcәb sizә danışmışam?
Bir qәlәtdi elәmişәm, indi dә düzәltmәyә çalışıram.
Lap anam kimi danışmaq gәldi içimdәn:
– Onsuz da hәrәnin dәrdi özünә bәsdi. Bizimki dәrd
deyil ki, uşaq oyuncağıdı. Әr-arvad arasında belә şeylәr
çox olar. Söh-söhbәtsiz ev olmaz ki... Sәn hәmişә sakit
yaşayan ailәdәn qorx!
– Haqlısan, haqlısan, – başını yellәdәrәk tәsdiqlәdi. –
Deyәsәn, aranız düzәlib, elәmi?
– Heç pozulmamışdı ki. Yadınızdadı, mәn gәlәndә
“Süheyla xanım elә hәmin Süheyla xanımdı” demişdiniz?
Hәqiqәtәn dә, elәdi. Mәn heç dәyişmәmişәm. Elә o da. On
ildi evlәnmişik, bir-birimizin üstünә sәsimizi qaldırmamı-
şıq hәlә. Gör heç sәsimizi eşidәn olub?! Mәn hәrdәn öz-
özümә deyinib-donquldanıram, amma ona hiss elәtdirmirәm;
eşitsә, çıxıb gedәr, çox hәssasdı. Bir gecә dә ayrı qal-
mamışıq. Hara da getsә, mütlәq zәng edәrdi. Uşaqlar da
elә öyrәşib ki, zәng vurmasa, bağırları çatlar.
   353   354   355   356   357   358   359   360   361   362   363