Page 356 - antologiya
P. 356
Türkiyə ədəbiyyatı antologiyası
Nәlәri dәyişib bu günә qәdәr? Paltarları eyni, baş örtüklәri
eyni. Әn çox da mәşhur әdәbazlara deyilәrdi belә sözlәr.
Yox, yox, deyәsәn, sәhvim var. Belә qadınlardan mәşhur
olanı var ki?! Bıy, ayıb deyil, әlbәttә, var. Birini uşaqlıqdan
tanıyıram: Müalla xanım. Bәli, bәli, әn çox Müalla xanıma
deyilәrdi bu sözlәr. Әn çox ona deyilәrdi. Saraldılmış
saçları, alınmış incә qaşları, bol pudralı sifәti… Qırmızı
pomadalı, qırmızı laklı, qırmızıyanaqlı... Әrli ola-ola,
mәhәllәnin bütün gәnc oğlanları ilә mazaqlaşardı. Mәn
Müalla xanım-zad deyilәm axı. Sәkkiz ay beş gündü çıxıb
gedib, kim mәni bir adamla görüb?!
“Dönәcәyәm”, – dedi. Ancaq dönmәyә dә bilәr. Ağlı
nә kәssә, edәr, heç xәbәr dә vermәz. Bir küncә sıxılıb elә
hey yolunu gözlәyәrsәn, sәkkiz ay sonra yenә dә bir tele-
fon zәngi: “Çox darıxmışam, burnumun ucu göynәyir”.
356 Birdәn bir-iki günә gәlsә, neylәrәm? Heç bir şey olmamış
kimi davrana bilәrәmmi? “Gәlmisәnsә, xoş gәlmisәn,
qaldığımız yerdәn davam edә bilәrik. Amma bil ki, hәr şey
dәyişib, mәn dә artıq әvvәlki Süheyla deyilәm. Tәk
qalmış, tәrk edilmiş bir qadınam artıq mәn. Elә bilirdim,
mәni dәlicәsinә sevirsәn. Eh, necә dә aldanmışam! Sevgi
dә belә tez bitәrmiş?!” Ondan soruşsan, “hәlә dә sevirәm”, –
deyәr. Doğrudanmı? Bilmirәm, düzü. Heç nә bilmirәm!
Nә zaman nә deyәcәyini, nә edәcәyini bilmirәm. Axı o,
mәnim nәyimdi, heç onu da bilmirәm. Kimimi
qarşılayacam indi mәn? Әrimi, köhnә әrimi, sevgilimi,
mәni atıb gedәn bir adamı? Bәlkә, bir yad kimi davranım?
“Buyurun, nә içәrsiniz? Burdan oturmayın, ordan oturun,
zәhmәt olmasa...” Yox, olmaz, ayıbdı! Bәlkә, özünün dә
etiraf etdiyi kimi, mәni hәlә dә sevir? Uşaqların da ona
ehtiyacı var. Bәs mәnim? Tәk yaşamağı bu sәkkiz ayda da
öyrәnә bilmәdim. Saçlarımı, әllәrimi sığallayardı. Artıq
әllәrim kobudlaşıb: әvvәllәr parçanın üstündә sürüşәrdi,