Page 352 - antologiya
P. 352
Türkiyə ədəbiyyatı antologiyası
DEMӘK İSTӘSӘM
Xoş gәldiniz! – dedikdәn sonra gül ağzını açdı:
“Süheyla xanım elә hәmin Süheyla xanımdı ha”.
Bununla nә demәk istәdi, görәsәn: “hәlә qocalmamısan”,
yoxsa “hәlә ağıllanmamısan”? Mәncә, o sözlәrin mәnası
bu idi: “Әvvәl necәydinsә, indi dә elәsәn”. Axı nәyә görә
bu qәnaәtә gәlib? Әvvәllәr hәr gün rastlaşsaq da, son bir
ildә bircә dәfә dә görmәyib. Lap әvvәllәrsә tanımırdı
mәni, varlığımdan belә xәbәri yox idi. Dәyişib-dәyişmәdi-
yimi hardan bilir?!
Demәk olar, hәr ay zәng vurub dәng edirdi: “Süheyla
xanım, bu cümә axşamı vaxtınız varmı, qabardin parçadan
özümә bir әtәk, qızıma da paltar istәyirәm, tikәrsiniz?” Bir
dә... Hә, sizә deyim ki, hәlә dә әvvәlki xasiyyәtini
352 tәrgitmәyib, köhnә hamam, köhnә tas: istәdiyini ya
mağazada tapmaz, ya bahalı olar, ya bәdәninә oturmaz.
Nә bilim, әlbәttә ki, saatlarla o dükan sәnin, bu dükan
mәnim… gәzib dolaşmaq da asan deyil. Sinәsi balaca,
arxası böyükdü: 42 ölçülü üst, 48 ölçülü alt paltarı haradan
tapacaq axı? Kaş ona deyәydim: “Heç siz dә dәyiş-
mәmisiniz, Fiqan xanım!” Ya da gәrәk cavabını elә öz
diliylә verәydim: “Fiqan xanım elә hәmin Fiqan xanımdı
ha!”
Nuh әyyamındanqalma parçanı hardan tapıb? Pul
verib tәzәsini almaz axı zalımın qızı, orda-burda köhnә nә
varsa, tapıb mәnә gәtirir... İndi bu әndrәbadi parçadan
qızına kofta tikmәliyәm. Qız da әvvәlki deyil axı, dәyişib
böyük qız olub, geymәz bunu. Hәlә, üstәlik, yaxalıqlı
olmalıdı. Ay balam, indi yaxalıqlı köynәk geyәn var?!
Belә şeylәri bizim vaxtımızda geyәrdilәr: geniş yaxa, nә
bilim, nә yaxa – min cürü vardı... Nә isә, kofta gözlәsin
bir az. Әn әvvәl paltarı biçmәliyәm. Bu uzun paltarın dәbә