Page 354 - antologiya
P. 354
Türkiyə ədəbiyyatı antologiyası

– Aaa, bax e, mәn dә sәhәrdәn düşünürәm ki, nәyi
unutmuşam, – dedi. Tikiş maşınının siyirmәsindәn bir
yumaq ip götürüb gәldi.

– Bu yumağı istifadә elәsәk, olmaz?
– Olar, ancaq bu ip çox qalındı, iynәnin ucu dәyәn
kimi parça süzülәcәk.
Hә, bax belәcә, ipsökmә işinin onlara aid olduğunu
xatırlatdım. Bacısı, qohum-әqrәbası – kim gәlirsә-gәlsin,
mәnә dәxli yoxdu... İncә tikiş, ziq-zaqlı… nә varsa,
üstlәrinә atıb, işlәdәcәyәm onları. Zalım qızı, nәyi var,
töküb qabağıma, bir gündә bu qәdәr iş olar?! İki әtәk, iki
paltar, bir kofta… Gecә qalıb işlәsәm dә, çatdıra bilmәrәm.
Sözün doğrusu, acığımı çıxıram ondan. Sәhәr-sәhәr o nә
sözdü, mәnә dedi?! Yalana bax a! Guya mәn özüm bilmi-
rәm, hәmin Süheylayam, yoxsa yox. Mәnim çәkdiyim
dәrdi çәkәn heç әvvәlki kimi qala bilәr?! Saçıma dәn
354 düşüb, bir azdan sonra üzümün dәrisi buldoq yanaqları
kimi sallanacaq, hәlә burundan ağızacan olan iki sim-
metrik xәtti, buxağı, alnımdakı qırışları demirәm. Ürәyi
sıxılıb, yorulub, bezib kişinin oğlu! Ona görә dә bir az
dincәlmәk istәyir – hәr şeyi yoluna qoyana qәdәr...
“Uşaqlara onsuz da sәn baxırsan, mәnim bir kömәyim
dәymir”, – deyir. Әlbәttә, baxmalıyam. Bәs neçә ildir
neylәyirәm? Onlara baxıram da. Yaxşı, bezsәm, yorulsam,
bәs mәn hara qaçım? Qaçmaq asandı, әlbәttә...
Parçaları iynәlәyib qoydum qırağa, axı әtәklәri dә
biçmәliyәm – hәlә maşının arxasına oturub, onları
tikmәliyәm dә. Yox, koftanı çatdıramayacağam. İkinci pal-
tar da, deyәsәn, qalacaq. Eybi yox, zәhmәt çәkib, o biri
gün dә çağırar mәni. Bәs nә oldu, guya kömәk edәcәkdi
mәnә?! Bacısı da guya gәlәcәkdi, “Xırda-para işlәri
özümüz görәrik” – demişdi.
– Qәliblәri siz çıxaracaqsınız, elә deyilmi?
– Çıxararam, – dedi. – Çayı dәmlәdim, indi gәlirәm.
   349   350   351   352   353   354   355   356   357   358   359