Page 355 - antologiya
P. 355
za Həpçilingirlər 355

“Süheyla xanım elә hәmin Süheyla xanımdı”. Bu
sözlәri liseyә gedәn qızıma da deyib. Guya mәndә bir
dәyişiklik olsa, qızım görmәyәcәk? Belә söhbәtlәri adәtәn
arvadlar elәyәrdi: uşaqlıqdan bәri çox eşitmişәm, ancaq
mәnim üzümә belә söz deyilmәmişdi. Әvvәl elә bilirdim
bu, bir iltifatdı. Bu söz qadınlara deyilәndә utanıb gülüm-
sünürdülәr, cavab verә bilmәdiklәri üçün pis vәziyyәtdә
qalırdılar. Yazıqlar axı nә desin?! Nә desinlәr axı?! Bağış-
layın, xoşunuza gәlmәsә dә, cavan qalmışam, incimәyin,
neylәyim, hәlә dә gәnc vә gözәlәm. Bәli, bәli! O sözdә bir
paxıllıq var, yәni demәk istәyir ki, illәr boyu çәkdiyimiz
әzab-әziyyәt bizә öz töhfәsini verib, üzümüzü, boynumuzu
qırışdırıb, bәs necә olub ki, sәn öz yaşıdlarına xәyanәt
edib, cavan qalmısan? İllәri necә aldatdın, bunun bir yolu
varsa, bizә dә öyrәt. Yoxsa bizim bilmәdiyimiz gizli bir
münasibәtin var? Hә, hә, gizlәtmә bizdәn. Yәqin, sәni belә
cavanlaşdıran bir sevgilin var. Bax belәcә qısqanclığın,
paxıllığın ifadәsidi o söz. Mәnsә axmaq kimi “çox sağ ol”
da dedim qadına, nәdәnsә payını vermәk ağlıma gәlmәdi.

Çay, şirniyyat qoyub qabağımıza, deyәsәn, günorta
yemәk vermәk niyyәti yoxdu. Әlbәttә, әlbәttә, axı yemәklә
mәşğul olsaq, iş vaxtından gedәcәk. O, bunu istәmir.

“Heç әhvalını da soruşmadım, sәn dә gәlәn kimi
girişdin işә”, – dedi mәnә. Kişinin qızı ağalığını göstәrmәk
istәyir. Yәni evimdә qonaqsan ha, çox göylә getmә. Ancaq
hәr şey açıq-aşkar ortadadı, mәn gәlmәsәydim, nә
edәcәkdi?!

“İş çoxdu, çatdırmalıyam”, – yalandan dedim. Elә bil
bir-birimizlә oyun oynayırıq. O incә, kübar ev sahibәsi ro-
luna, mәn dә işini sevәn zavallı bir dәrzi roluna girmişdim.

Әvvәllәr belә sözlәr mәhәllәmizdәki mamlımatan
qadınlara da deyilәrdi. Evlәrә yır-yığışa gedәnlәrә, nә
bilim, daha kimlәrә... Әlbәttә, axı onlarda heç nә dәyişmir.
   350   351   352   353   354   355   356   357   358   359   360