Page 353 - antologiya
P. 353
za Həpçilingirlər 353
düşmәsi yaxşı oldu. Hikmәt xalanın yanında kömәkçi
işlәdiyim vaxtlarda hәr şeyә әl atırdıq ki, müxtәlif tikişlәri
öyrәnәk: sinә çarpazı, arxa kәsimi, bel tikişi. Әsl paltar
bәdәnә tam oturmalıydı. Yaxşı ki, Hikmәt xala mәhәl-
lәmizdә yaşayırdı, mәni mәktәbә buraxmasalar da, onun
yanına şәyird göndәrdilәr. Heç yadımdan çıxmaz, anam
demişdi: “Qoy iynә tutmağı öyrәnsin, heç olmasa, әri fәrli
çıxmasa, sәnәti dadına çatar. Hәr bir halda, әlindә hazır işi
olar, istәr özü üçün olsun, istәr pul qazanmaq üçün. Qoy
әli bir az tikişә öyrәşsin, işlәri yağ kimi gedәcәk”. Nur
içindә yatsın, kaş anam sağ olaydı, uşaqlarımı bu sәnәtin
qazancı ilә böyütdüyümü öz gözlәriylә görәydi. Yazıq
arvadın elә bil ürәyinә dammışdı.
Son gecә “Niyә demәk olmaz?” – soruşdum ondan.
O da “Olmaz!” – dedi. “Axı niyә?” – bir dә soruşdum.
Zәhmli-zәhmli baxdı, elә bil mәni yandırıb külümü göyә
sovuracaqdı. “Yәni heç nә soruşmaq olmaz?” Cavab
vermәdi, üzümә dә baxmadı heç, әsәbiydi. Bir azdan
sakitlәşdi. Mәni tәrk edәcәyinә әhәmiyyәt vermәyәcәyimi
sanıb rahat şәkildә dedi: “Mәni çox gözlәmә. Gәncsәn,
gözәlsәn, başqasını taparsan”. Mәn ağlamağa başlayanda
ağzını açdığına peşman oldu, ancaq artıq olan olmuşdu.
Üç gündәn sonra geri döndü. Bizi atıb gedәndәn bәri
heç gәlmәmişdi. Üstәlik, bir yad kimi xәbәr yollayıb
mәndәn icazә alır. Yәqin, uşaqlar üçün darıxıb, elә
deyәsәn, mәnim üçün dә… “Burnumun ucu göynәyir”, –
demişdi, yaxşı, bәs niyә bizi atıb getdin? Bu sözlәri üzünә
demәk istәdim, amma bacarmadım, tutulub qaldım. İlk
anda sәsini dә tanımamışdım. Düzәlibmi? Yoxsa yenә
әvvәlki kimi orda-burda vaxt keçirib avaralanır? Görәsәn,
bizdәn ötrü, hәqiqәtәn, darıxıb, yoxsa birdәfәlik aradan
çıxmaq üçün son görüşә gәlib?
– Fiqan xanım, Overloq maşınının ipi hardadı, tapa
bilmirәm , – sәslәndim.