Page 372 - antologiya
P. 372
Türkiyə ədəbiyyatı antologiyası
Hәr görәndә “Necәsәn, haralardasan, niyә görünmirsәn?” –
deyib hәr fürsәtdә aradan çıxmaq istәyәnlәr dә az deyildi.

...Şabi usta, kaş bu almanın mәnim üçün nә qәdәr
dәyәrli olduğunu bilәydin! Necә deyәrlәr, “bir almayla
könülalma!” Yox, yox, bu, könül vermәkdi…

Tәmir olunmuş ayaqqabılarımı geyinib Şabi ustaya
minnәtdarlığımı bildirdim. Sağ әlimi yerindә durmayan
ürәyimin üstünә qoyub vidalaşdım. Bu vidalaşma onun İs-
tanbulla salamlaşması qәdәr mәnalı olmasa da, mәnә alma
vermәsi kimi ürәkdәn, içdәn idi.

372
   367   368   369   370   371   372   373   374   375   376   377