Page 385 - antologiya
P. 385
sən Kallimci 385
Qardaşımın dәyәrlәndirilmәsi, onun tapılmasını
arzulayanların getdikcә çoxalması mәni çox sevindirir.
Mәni mәmnun edәn bir mәsәlә dә var ki, bu barәdә dә
danışmağa dәyәr. Qardaşımın tapılması üçün min
cümhuriyyәt qızılını mükafat olaraq vermәyә hazır olan
insanların davranışı sizi dә heyrәtә salacaq. Mәlumu-
nuzdur ki, 2008-ci il bütün dünyada, yubileyiylә әlaqәdar
olaraq, “Qaşqarlı Mahmud ili” elan olunub. Türkiyәdә,
türklәrin yaşadığı digәr ölkәlәrdә vә o cümlәdәn dünyanın
bir çox yerindә Qaşqarlı Mahmud, mәn vә qardaşım haqda
yazılar yazılıb, tәdbirlәr tәşkil edilib. Mәn buna çox
şadam. 2008-ci ilin ilk aylarında Türkiyәnin paytaxtı
Ankarada Avrasiya Yazıçılar Birliyinin idarә heyәti
Dәliömәroğlu Yaqub bәyin başçılığı altında toplanmışdı.
Qәlbi türk dünyasının birliyiylә döyünәn Şahsuvaroğlu
Lütfü bәy, şair Әli Özbaş, Hüseyn Özbay, Әriman Topbaş,
Özdәmirlәrdәn olan Cahan bәy bir yerdәydilәr. “Qaşqarlı
Mahmud ili”ndә görülәcәk işlәrdәn danışmış, müәllifimi
vә mәni tanıdacaq ciddi işlәr görmәk qәrarına gәlmişdilәr.
Qardaşımın tapılmasını istәdiklәrini dilә gәtirmiş, bu
mәqsәdlә bir mükafat tәsis olunmasını tәklif etmişdilәr.
Onlarla eyni otaqda idim, rәflәrin arasından onlara baxır,
danışıqlarını eşidirdim. Çox hәyәcanlıydım, hansı sözü
kimin dediyini bilmәsәm dә, söhbәtin özü yaxşı yadım-
dadı:
– Böyük mәblәğdә pul mükafatı olsun.
– Axı pul әl çirkidi, qoy qızıl olsun, cümhuriyyәt
qızılı.
– Yaxşı, neçә qızıl verәk?
– Qaşqarlı Mahmudun min illiyidi, qoy mükafat da
min qızıl olsun.
Demәk asandı, bu qәdәr qızılı kim, haradan tapa-
caqdı? Axı mükafatı vermәk istәyәnlәr varlı adamlar de-
yildi.