Page 386 - antologiya
P. 386
Türkiyə ədəbiyyatı antologiyası

– Onlardan biri:
Mәnim ikinci bir evim var, – biri. – Onu satıb mәb-
lәğin yarısını düzәldә bilәrәm.
– Mәn dә öz evimi satıb qalanını verәrәm.
Hәmin an otaqda bir sevinc havası әsdi. Türk olmağın
sevincini, şәrәfini hiss edәn bu şәxslәr ömürlәrini millәtә
hәsr etmişdilәr, ona görә bu mövzuda çox hәssas idilәr.
Dәrc elәdiklәri “Qardaş Qәlәmlәr” jurnalında qardaşımın
tapılması üçün ayrılan mükafatla bağlı elan verdilәr. Son-
radan bu xәbәr televiziyada vә digәr jurnallarda da öz
әksini tapdı.
İndi, ey mәnim bu elanımı oxuyanlar, zәhmәt olmasa,
sandığınıza, kitabxananıza… hәr yerә baxın. Әrәb әlif-
basıyla yazılan köhnә bir kitab görsәniz, mütlәq diqqәt ye-
tirin. Әrәbcә bilirsinizsә, oxuyun, bilmirsinizsә, bilәnә
göstәrin. Heç gözlәmәdiyiniz bir yerdәn mәnim qardaşım
386 çıxa bilәr. Xahiş edirәm, Allah xәtrinә vә bir dә min qızıla
sahib olmaq üçün axtarmağa davam edin!
Burnumun ucu göynәyir. Kaş qardaşıma qovuşa bi-
lim... Kaş doqquz yüzillik hәsrәtә son qoyulsun.
Allahdan ümid kәsilmәz...
   381   382   383   384   385   386   387   388   389   390   391