Page 383 - antologiya
P. 383
sən Kallimci 383
Dostu әlini cibinә saldı: üstündә olan on lirәni Әli
Әmiriyә verib, qalanını da gәtirmәk üçün evlәrinә getdi.
Yarım saatdan sonra kitabçının istәdiyi mәblәğ hazır idi:
– Buyurun, bu da otuz lirә, – yeni sahibim pulu ona
uzatdı vә sevincәk halda üç lirә dә kitabçıya verdi. – Bu
da sәnin haqqın!
Әli Әmiri dükandan çıxdı. Kitabçı onun arxasınca
baxaraq yerindә donub-qalmışdı: kim bir kitab üçün üç lirә
bәxşiş verәr?! Belә halı ilk dәfә görürdü. Çox bahalı bir
kitabı әldәn qaçırdığını başa düşsә dә, artıq iş-işdәn
keçmişdi.
Әli Әmiri mәni Barmaqqapıdakı evinә gәtirdi. Tәk
yaşayırdı. Evi kitabla dolu idi. Bir xeyli mәnә baxdı, vә-
rәqlәdi, sonra әlindә tutub sadәcә tamaşa etmәyә başladı.
Mәni hara qoyacağını bilmirdi, çaşıb-qalmışdı, tәzә
ayaqqabılarıyla oynayan uşaq kimi sevinirdi.
Yoldaşlarıyla söhbәt edәrkәn eşitdim ki, ertәsi gün
Divanyolunda – kitabsevәrlәrin Qarababa küçәsindәki
qәhvәxanasında mәndәn xeyli danışıb: “Bu kitab adi kitab
deyil, böyük Türküstan әsәridi. Bugünәdәk belә bir kitab
yazılmayıb…”
Әli Әmiri әfәndi mәni sevir vә qısqanırdı. Görmәk
istәyәnlәrdәn gizlәdir, heç kimi yaxınıma buraxmırdı.
Eşitdiyimә görә, mәnә baxmaq istәyәn Ziya Gökalpa da
rәdd cavabı vermişdi.
Tәkcә Kilisli Rüfәt adında bir müәllim yoldaşına
güvәnirdi. Bir gün onu evinә dәvәt edib mәni göstәrdi:
– Qardaş, bu kitabın başqa nüsxәsi yoxdu. Onun
üzәrindә işlәmәk lazımdı, ancaq sәnә arxayınam.
– Allah bu kitabın nәşrini bizә nәsib elәsin, – Rüfәt
bәy dedi.
– Amin! Sәn kitabı hazırla, nәşri düzәlәr. Başqasına
hәvalә edә bilmәrәm: itәr, oğurlanar...