Page 388 - antologiya
P. 388
Türkiyə ədəbiyyatı antologiyası

NİŞANLI QIZ

Uşaqlıqda tez-tez qonaq gedәrdik. Qonaq getdi-
yimiz evlәr iki cür idi: anamın öz istәyiylә get-
diyi vә getmәyә mәcbur olduğu evlәr. Anamın ürәyincә
olan evlәri mәn dә çox sevәrdim. Oralarda, әsasәn, dün-
yadan әl-әtәk çәkmiş adamlar yaşayırdı. Belә evlәrә
gedәndә anamın incә qırışlarla büzülmüş dodağı sevincdәn
açılar, dodaq boyasının parlaqlığı qızıla çalardı. Barma-
ğımızın ucunda asta-asta qapıdan çıxardıq. Anam küçә
qapısını kilidlәmәzdi. Yay aylarında küçәmiz sәrin olsa da,
payızda sümüklәrimizi isidәn günәş başımızın üstündәn
әskik olmazdı.
Yoldayam, ara-sıra dönüb arxaya baxıram. Şәfanın
dәnizә girәn burnunda ağaclar görünür. Dәnizdәn bezmiş
388 gәnclәr onların altında oturub. Yoğurtçu istiqamәtindәn
dәnizә çıxan qayıqlar Qurbağalıdәrәnin ağzına qәdәr gәlib
ya Kalamış sahilinә, ya da Şәfadan Modaya tәrәf üzürlәr.
Anamla bu yollardan keçәrkәn yağış da içimi isidirdi.
Sonrakı illәrin yağışı bu yağışın yerini vermәdi. O külәklәr
adamı üşütmәzdi, belә sәrt әsәrәk pencәyimin yaxasını
açmazdı. Anamla yağışlı havada yol getmәk başqa alәm
idi. Tramvayların, avtobusların vә hәrdәn mindiyimiz av-
tomobilin şüşәlәrini döyәn yağış damcıları... Damlalar su
yollarına dönüb müxtәlif qollara ayrılırdı. Minlәrlә xәyal
canlanırdı beynimdә. Sәmada uçan qәribә quşlar, ay-ul-
duzlu türk bayraqları... Yağışın kaleydoskopundan bir-
birinin arxasınca minlәrlә rәngarәng tәsvirlәr keçәrdi.
Anamın hәvәslә getdiyi bir evin qızı olan İncila bacıyla
birlikdә buludlarla da bu oyunu oynardıq.
Anamın onları haradan tanıdığını xatırlaya bilmirәm.
Bәlkә dә, uzaqdan qohumluğumuz çatırdı. Bizi görәndә
çox sevinirdilәr: İffәt xanım mәni qucaqlayır, saçımı öpüb-
   383   384   385   386   387   388   389   390   391   392   393