Page 393 - antologiya
P. 393
lim İləri 393
İncila bacının mәnim dәftәrimdә çәkdiyi naxışları ona
göstәrdim. Cahid qardaş pәrgarla dәftәrimdә dairәlәr çәk-
di. Nühbә xanım ora-bura qaçan İffәt xanımın tәrli sifәtinә
nәsә oxuyub üflәdi. İncila bacı bu gün ud çalmadı. İffәt
xanım kәsdiyi әriştәlәrdәn bizә dә ayırıb bir torbaya qo-
yaraq Cahid qardaşa tәrәf döndü:
– Sәnә dә verәcәm, Cahid.
– Ay xala, sizә gәlәndә yeyәrәm.
Yaz aylarında Cahid qardaşı hәmişә Nühbә xanım-
gildә görürdük. Kadıköydә olanda mütlәq әriştә yemәyә
gәlirdi.
İffәt xanım nәsә tikirdi. Sәhifәlәdiyim jurnallar yoxa
çıxmışdı. Girişdәki masanın üstünü ağ kağızla örtüb paltarı
onun üstündә biçirdilәr. Küçәyә çıxanda anamdan
soruşdum:
– Ana, Cahid qardaş onların nәyidi?
– İncila bacınla evlәnәcәk. Allah xoşbәxt elәsin.
– İncila bacı burdan köçәcәk?
– ...
Onu itirmәk istәmirdim. Xәyalımdan keçәn mәnzәrә
uşaq qәlbimi ağrıdırdı. İncila bacı bağçadakı limonluqda
yenә dә ud çalır, Cahid qardaş “Eylәmә bihudә fәğan, tәrk
et könül” mahnısını oxuyur, Nühbә xanım isә pәncәrәni
taybatay açıb şövqlә qulaq asırdı. Qәfәsdәki bülbülü hava
alsın deyә çölә çıxarmışdılar. Ot göyәrmiş, bağça çiçәk-
lәnmişdi. Nühbә xanımın sәdәfli dibçәklәrindәki sırğagül-
lәri dә tumurcuqlamışdı. Mәn o evin oyma dam örtüklәrini
artıq sevmirdim, Cahid qardaşın qalın sәsi dә xoşuma
gәlmirdi, onu özümә dost saymırdım artıq.
İffәt xanımın otağındakı taxta sandıq hәmişә açılıb-
bağlanardı. Nühbә xanım bizә deyәndә ki, әvvәllәr
qızların cehizlәri bir teli ipәk, bir teli kәtandan toxunmuş
köynәklәr olardı, bu sözlәrinә hamımız gülürdik. Pәncә-
rәdәn iri tut milçәyinin içәri girmәsi dә yadımdadı.