Page 395 - antologiya
P. 395
lim İləri
İçindә konfet vә şirniyyat olan çәhrayı bir qutunu

açdım vә qutunun kağızında İncila bacının solğun
çöhrәsini gördüm. Limonluğa qar yağırdı. Qar çatlamış
pәncәrә şüşәlәrindәn keçәrәk içәri girib әriyirdi.

Quru şaxtanın ardınca yağışlar başladı.
İçәri girәn çәtirli qonağı anam qapıda qarşıladı. Yağış
qadının xәz muftasını1 әmәlli-başlı islatmışdı. Çәkmәlәrini
çıxarıb muftasının tüklәrini qabartdı. Soba olan otağa
keçәrkәn dedi:
– Eşitdiniz dә?! Sizin İncilanın Cahidi var e, köhnә
sәfir Rәqaib bәyin qızıyla nişanlanıb, bu gün-sabah toyları
olacaq. Rәqaib bәy dә çox mәmnundu. Olar da, Cahid hәm
yaraşıqlı oğlandı, hәm dә ki, necә deyәrlәr, gәlәcәyi
parlaqdı.
Anam nәdәnsә bu dәfә qonağa bananlı tort bişirmәdi.

395

1 mufta – Әlləri soyuqdan qorumaq üçün xəz aksesuar
   390   391   392   393   394   395   396   397   398   399   400