Page 394 - antologiya
P. 394
Türkiyə ədəbiyyatı antologiyası

Maraqsız günlәrim başlamışdı. Әvvәllәr İncila bacını

o tut ağaclarının kölgә saldığı evdәn ayrı düşünә bilmәz-

dim. Hәr şey arxada qaldı, İncila bacı artıq mәnim üçün

pәri deyildi.

Cehiz üçün hazırlıq görülürdü.

Anam isә elә hey o “uğursuz şam çiçәklәrindәn”

danışırdı.

Nişan paltarı hazırlığı әrәfәsindә münasibәtlәr

pozuldu. Cahid qardaşın gediş-gәlişi seyrәldi. İncila bacı

soyuqlaşdı. Oturub-durması, geyinib-kecinmәsi dә fәrq-

liydi artıq. Daha dәftәrimә naxış vurmurdu. Şam çiçәklәri

limonluqda öz-özünә bitib hәr tәrәfi basmışdı – özü dә

quru otların arasında.

Cahid qardaşın İncila bacıyla niyә nişanlanmadığını

bilmirәm, anam da demirdi mәnә. Çoxdandı xatırlamırdım

bu mәsәlәni, yay tәtili dә yaxınlaşdıqca hәr şeyi unudur-

394 dum. İffәt xanımı nә vaxt görürdümsә, gözlәri qırmızı idi.
Açıq-çәhrayı nişan paltarı köhnә dolabda asılmışdı. Anam

da hәr dәfә “Kәdәrlәnmәyin, İffәt xanım, İncila kimi qızı

haradan tapacaqlar, qismәti bağlanmayıb ki” – deyә ona

tәsәlli versә dә, dediklәrinә özü dә inanırmırdı. Qәfәsdәki

bülbül dә köhnә yerinә qoyulmuşdu artıq. İncila bacının

çöhrәsindәki ümidsiz tәbәssüm... Sonra arıqlamağa, sonra

da incә bәdәni qızdırmadan od tutub yanmağa başladı.

Anamın yanına gәlәn ağ әlcәkli, şlyapalı bir qadın

dedi ki, İncilanı bundan sonra heç kim almaz: “Limon-

luqda mahnıların avazı hәr yanı bürümüşdü”.

Bir müddәt sonra Cahid qardaşı bәstәboy, gözәl bir

qızla gördük: Dәniz klubuna tәrәf gedirdilәr. Mәnә uzaq-

dan әl elәyәndә anam qolumdan tutub kәnara çәkdi. Cahid

qardaşa sarılmış qızın saçları fenlә burulmuş, tellәri

yanaqlarına tökülmüşdü. Klubda caz çalınırdı.

Toy-düyündә gәlinlәr gülәrüzlә pillәkәnlәrdәn enәr,

uşaqlar әtrafda qaynaşar, qadınlar güzgüdә saçlarını

düzәldәrdilәr. Mәn bu toylara heç vaxt getmәzdim.
   389   390   391   392   393   394   395   396   397   398   399