Page 389 - antologiya
P. 389
lim İləri 389

qoxulayırdı. Hәyәtә girәn kimi üzümüzә açılan geniş
otağa qaçardım; İffәt xanımın qoca anası burada qalırdı.
Yaşı ötsә dә, ağlı-huşu yerindәydi. Ancaq qocalıq әldәn
salmışdı onu: yerindәn qalxmır, sәhәrdәn axşama qәdәr
elә hey dua edirdi. Bәnövşәyi torbadan çıxardığı Quranı
qabağına qoyub әzbәr bildiyi ayәlәri tәkrar-tәkrar
oxuyurdı. Onun әlini öpәrdim; әlindәn hәmişә bәnövşә
qoxulu odekolonun iyi gәlәrdi.

Nühbә qıraqları bәzәkli ağ tülbәndin altından saçları
görünәrdi. Yatağının yanındakı boğçada qalın tülbәndlәri
dә vardı: krujevalı torbaların içindә bir-birinә sarılmışdılar.
O, bir az tәrpәnәn kimi tәrlәyәr, qızı isә bu qalın tül-
bәndlәrdәn birini onun kürәyinә atardı. Paltarının yaxa-
sında yarpaq şәkli vardı: tez-tez bir әlini onun üstünә
qoyardı. Mәnimlә böyük adam kimi danışar, hәrdәnbir
İffәt xanıma sәslәnәrәk: “Ay balam, uşağa bir stәkan kom-
pot ver”, – deyәrdi. İffәt xanım kasıb olsa da, sәxavәtli
qadın idi – hәr dәfә qabağıma badam, fıstıq qoyar, tәzә
meyvәlәrә qonaq edәrdi.

İncila bacıgilin evi Bahariyyәnin arxa küçәsindәydi.
Buradakı evlәrin imkanlı vaxtları keçmişdә qalmışdı, indi
bu evlәr kirayә dә verilirdi. Ev sahiblәri, deyәsәn,
qarşıdakı mәhәllәyә köçmüşdü.

Bәzәn xoş havalarda İncila bacıgilә at arabasıyla
gedәrdik. Yaxın küçәyә dönәr-dönmәz krujevalara oxşa-
yan damların çıxıntısı görünәrdi. Taxta oymalar gözәl olsa
da, evlәrin divarları boyanmadığından әcaib bir mәnzәrә
yaranırdı: bәzi yerlәri mamır basmış, pәncәrәlәrin kәnar-
ları sökülüb-tökülmüşdü. Bağçadan içәri keçәrkәn elә
bilәrdin, buralarda çoxdandı heç kim yaşamır. Tut vә
akasiya ağacları baxımsızlıqdan sanki şikayәt edirdi...

İncila bacıgil bağçaya baxan tәrәfdә, birinci mәrtә-
bәdә yaşayırdılar. Ancaq pәncәrәlәri hәmişә bağlı olduğu
   384   385   386   387   388   389   390   391   392   393   394