Page 382 - antologiya
P. 382
Türkiyə ədəbiyyatı antologiyası

indiyә qәdәr haradaydın?” – dedi. Kitabçıya hiss elәtdir-
mәdәn cildimi, sәhifәlәrimi nәvazişlә sığalladı. İllәr sonra
bu nәvaziş, bu sevgi, doğrusu, çox xoşuma gәldi.
“Dünyada bәnzәri olmayan kitabdı. Bir dә belә fürsәt әlә
düşmәz. Türk lәhcәlәri lüğәtidi, dil vә әdәbiyyat kitabıdı...
Otuz yox, otuz min lirәdәn dә qiymәtlidi” – düşünsә dә,
üzünü turşudub, alt dodağını salladı:

– Köhnә bir lüğәtdi, sәhifәlәri dağılıb, bәrbad
gündәdi. Müәllifi dә tanınmış adam deyil. Qaşqarlı Mah-
mudu kim tanıyır axı?! Nә isә, on beş lirә verәrәm.

– Kitabın sahibi ehtiyac içindәdi, otuz lirәdәn aşağı
vermәk istәmir. Mәn bu kitabdan heç nә qazanmıram.
Pulun hamısını qadına verәcәm. Sabah gәlәcәk bura.

Әli Әmiri mәni әlindә bәrk-bәrk tutub saxlamışdı,
buraxmaq istәmirdi. “Sabah” sözünә görә narahat olaraq
“Bu gün mәsәlәni hәll elәmәliyәm” – fikirlәşdi. Ancaq
382 yenә dә özünü o yerә qoymadı.

– Bürhan bәy, qardaşım, әslindә, otuz lirә bu kitab
üçün çoxdu... Ancaq ehtiyacı olana kömәk elәmәk
savabdı... Alımmı, görәsәn?

Bir müddәt guya dәrin fikrә gedib, dilinin ucunda
dedi:

– Yaxşı, neynәk, alıram...
Bürhan bәy mәrhum müştәrisinin dul qalmış hәyat
yoldaşına kömәk elәdiyi üçün çox sevindi. Әli Әmirinin
isә cibindә cәmi on lirә varmış. “Gedib evdәn gәtirmәk
lazımdı” – düşünsә dә, bu qiymәtli kitabı burada qoyub
çıxmaq istәmirdi, ondan sonra kiminsә daha çox pul verib
alacağından qorxurdu. Dükandan çölә boylanıb “Ey
rәbbim, cibindә pul olan bir tanış göndәr!” deyә dua
elәmәyә başladı. Әdәbiyyat müәllimi olan dostunu
görәndә elә bil dünyaları verdilәr ona. Tez dostunun
yanına qaçdı:
– Faiq Rәşad bәy, mәnә iyirmi lirә borc verәrsәn?
   377   378   379   380   381   382   383   384   385   386   387