Page 148 - antologiya
P. 148
Türkiyə ədəbiyyatı antologiyası

“Hansı әsrdә yaşayırıq, iyirminci әsr deyil?”
Heyif boz öküzümdәn, bir qucaq samanı at qabağına,

yüklә, nә qәdәr istәyirsәn sür, hara deyirsәn.
– Sonra nә oldu, Hәmid ağa?
– Sonra... Yenә bankın faizi, traktorun üçüncü ay

kredit borcu gәldi. Yenә boğazımıza çökdülәr. Yenә
tarlanın on sotunu satdım. Balaca bir hissәyә beş yüz lirә,
bir diyircәyә min lirә lazım olurdu. Zәnciri sınanda
bazarda-dükanda tapılmırdı. O boyda traktor sınıq-salxaq
vәziyyәtә düşürdü. Tarlada hara baxsan, bir dәmirini,
hissәsini görә bilәrdin. Elә bil tarlaya traktor toxumu
sәpmişdilәr. Millәt vәkilimiz qәsәbәyә gәlmişdi. Yanına
getdim... Dedim, “Bapbalaca bir hissәyә görә fil boyda şey
niyә işlәmәsin axı?”

– Danış görәk, Hәmid ağa, bәs o nә dedi?
148 – Әşşi, nә deyәcәk? Mәnim başa düşmәdiyim xeyli

söz dedi. “İndi dәmir әsridir, mәdәniyyәt ölkәyә dәmirlә
gәlir”, – dedi. “Düz deyirsәn, doğru danışırsan, bәli, bu
mәdәniyyәti şәhәrә gәtirmisiz, ancaq hanı bunun ehtiyat
hissәsi? Arada gәl bizim tarlaya bax. Mәdәniyyәt tikә-tikә
olub, leş kimi ortada qalıb. Hәm dә bu mәdәniyyәtin bir
az balacası yox idi? Bu zibili yerindәn dә tәrpәtmәk
mümkün deyil,” – dedim.

– Hәmid ağa, sonra? Sonra nә dedi?
– Heç nә. Dedi ki, “Amerkaya sifariş elәmişik.
Gәlәsidir. Bir az da gözlә, sifarişimiz gәlsin. Onda göydәn
yerә rәhmәt yağan kimi, hissәlәr tökülәcәk. Biz gözlәyәk
e, axı bank gözlәmir. Banka da de, gözlәsin”, – dedim. Çox
keçmәdi ki, o biri ayların da kredit vaxtı gәlib çatdı. Sizә
bir şey deyim? Vallah, mәni öküzlәrin ahı tutdu. O sarı
öküzü bazarda satanda necә ağlayırdı. Hәlә dә yadıma
düşәndә ürәyim sancır...
   143   144   145   146   147   148   149   150   151   152   153