Page 144 - antologiya
P. 144
Türkiyə ədəbiyyatı antologiyası

әri ilә kәndә qonaq gәlmişdi. Qızım da, kürәkәnim dә
müәllimdir. Universitet bitiriblәr. Tәtilә çıxan kimi kәndә
gәlirlәr. Onlar da “Traktor al!...” – deyib yaxamdan
yapışdılar. Nә qәdәr tәkid elәdim ki, әşşi, iki cüt öküzüm
bәsimdir, dedilәr sәn geridә qalmısan. Qız açıb tәqvimi
göstәrdi: “Bax, ata, 1955-ci ildә yaşayırıq. İyirminci әsrdir.
Başa düşürsәn?”.

Kürәkәnim dә hәr gün yemәkdәn sonra yarım saat
çıxış elәyirdi. Bәs maşın erasındayıq, öküzlә torpaq
şumlamaq ayıbdı...

Oğlum da o tәrәfdәn öz-özünә hesablayıb soruşdu ki:
“Tarlanı şumlamaq üçün nә qәdәr fәhlә tutursan?” “On”.
“Neçә günә şumlayırsan?” “Bir aya”. “Ancaq traktor olsa,
bircә hәftәyә şumlayıb qurtararam. Qalan müddәtdә dә pu-
luyla kim istәsә, onun tarlasını şumlayaram. Pul da qaza-
naram. Bircә ilә traktorun pulunu çıxararam...” Oğlan
144 mumlayanda qız, qız mumlayanda da kürәkәn başlayırdı:
“Bir dә traktor öküz deyil ki, işlәmәyәndә dә yem yesin.
Lazım olanda bir az benzin tökürsәn, nә qәdәr istәyirsәn,
gedir.”

Tәklәnmişdim, neylәsәm, xeyri yox idi... Nә desәm,
cavab verirdilәr ki, öküz xәstәlәnir, ölür, qocalır. “Traktor
dәmirdәndir, nә qocalır, nә ölür”, – deyib mәni susdurur-
dular. Yenә dә onlara qoşulmaq fikrim yox idi, ancaq
arvadım, “Musa çavuş da alıb, Keçәl Mahmud da alıb,” –
deyib mәni yoldan çıxardı. Üstәlik, arvad bunların
hamısından çox tәkid edirdi. Bütün günü: “Filankәs dә
traktor alıb, sәn hәlә gözlәyirsәn... Mәmişin oğlu Hüsnü
dә traktor alıb,” – deyә-deyә başımı xarab elәmişdi.

O danışdıqca qulaq asanlar arabir soruşurdular:
– Sonra...
– Yenә dә almayacaqdım. Kәnddәki müәllimlәrdәn
biri “Ay Hәmid kişi, sәn nә danışırsan? Traktor sәksәn
   139   140   141   142   143   144   145   146   147   148   149