Page 149 - antologiya
P. 149
iz Nesin 149

– Sonra nә oldu, Hәmid ağa?
– Sonra qızımı, әrini çağırdım. Arvadla gәdәni dә
götürdüm. Bunları apardım leşin yanına. “Ya bu zibili
düzәldin, ya da boynunuza boyunduruq keçirib, sizi
öküzlәrin yerinә qoşub yeri şumlayacağam”, – dedim.
– Sonra nә oldu, Hәmid ağa?
– Sonra gördüm ki, baş tutan iş deyil... Oğlanı, qzı,
kürәkәni, arvadı yığdım. “Ay qırılmışlar, indi görün bu zi-
bili necә düzәldirlәr”, – deyib әlimә çәkic götürdüm.
Leşi döyәclәmәyә başladım, Vur ki, vurasan. Al, bu,
sәnin iyirminci әsrin, al, bu, sәnin mәdәniyyәtin, motoru-
na, tәkәrinә vur ki, vurasan. Bir dә nә görsәm yaxşıdır?
Arvad qışqırır: “Ay camaat, kömәk edin, kişinin başına
hava gәlib”. Qız, gәdә, kürәkәn hamısı qaçıb dağlışdılar.
Mәn dә çәkici tullayıb bura gәldim. Qan-tәr içindәyәm.
Qulaq asanlar gözlәri bәrәlmiş halda maraqla
soruşdular:
– Sonra, Hәmid ağa... Sonra?
– Sonra da, rahatlıq nә yaxşı şey imiş. Allaha min
şükür ki, bu zibildәn xilas oldum. Elә bil indicә doğul-
muşam.
Hәmid ağa kefikök halda çayçını sәslәdi:
– Ay oğul, bir pürrәngi çay gәtir!
   144   145   146   147   148   149   150   151   152   153   154