Page 150 - antologiya
P. 150
Türkiyə ədəbiyyatı antologiyası

DAMDA DӘLİ VAR

Bütün mәhәllә әhli oyanmışdı: damda dәli var!
Bütün küçә dәliyә baxmağa gәlәnlәrlә dolmuş-
du. Polis bölmәsindәn-filandan da tökülüşüb gәlmişdilәr.
Yanğınsöndürәnlәr dә gәldilәr. Dәlinin anası yalvarırdı:
– Bala, oğlum, sәn Allah, düş aşağı! Sәn Allah, düş...
Dәli:
– İcra nümayәndәsi seçmәsәniz, özümü aşağı ataca-
ğam!
Yanğınsöndürmә idarәsindәn gәlәn nümayәndәlәr
әllәrindә tәhlükәsizlik çadırı ilә aşağıda dayanmışdılar ki,
qәfildәn dәli özünü atsa, tuta bilsinlәr. Doqquz yanğın-
söndürәn hәr tәrәfindәn tutduqları tәhlükәsizlik çadırı
binanın әtrafında o tәrәf-bu tәrәfә gәzdirә-gәzdirә qan-tәr
150 içindә idi. Komissar yarıtәhdid, yarımehriban sәslә dәlini
fikrindәn daşındırmağa çalışırdı:
– Xahiş edirәm, aşağı düşün!
– İcra nümayәndәsi qoyun, düşüm! Yoxsa özümü
aşağı atacağam.
Yalvarıb-yaxarmağın, qorxutmağın heç bir faydası
olmadı.
– Ay qardaş, sәn Allah, aşağı düş!
– Bir bunlara bax! Mәni aşağı düşürmәk әvәzinә,
özünüz yuxarı qalxın.
Aşağıdakılardan biri dedi:
– Tutaq ki, icra nümayәndәsi qoyduq.
Başqası dillәndi:
– Әşşi, elә şey olar? Dәlidәn icra nümayәndәsi olar?
– Siz dә söz danışdınız, guya, doğrudan, onu icra
nümayәndәsi qoyacağıq?
Әsasına söykәnmiş bir qoca:
– Olmaz, zarafatla da o vәzifәyә qoymaq olmaz, –
dedi.
   145   146   147   148   149   150   151   152   153   154   155