Page 151 - antologiya
P. 151
iz Nesin 151

– Bәlkә, düşәcәk?
– Düşәn deyil, mәn bunlara yaxşı bәlәdәm. Düşmәz.
– Bir dәfә aşağı düşsün, qalanı asandır.
– Düşmәz.
Aşağıdan bir nәfәr:
– Sәni icra nümayәndәsi qoymuşuq, düş aşağı, – dedi.
Dәli oynamağa başladı:
– Böyük Millәt Mәclisinә millәt vәkili seçmәsәniz,
özümü aşağı atacağam.
– Mәn sizә dedim axı, bunlar ora bir dәfә dırmaş-
dılarsa, daha düşmәk bilmirlәr.
Komissar:
– Seçmişik, sәni Böyük Millәt Mәclisinә millәt vә-
kili dә seçmişik. Di qardaş, aşağı düş. Camaat gözlәyir, –
dedi.
– Düşmürәm, bәlәdiyyә başçısı qoyun, düşüm.
Qoca:
– Gördünüz? – dedi.
Qan-tәr içindә olan komandir:
– Әşşi, guya bәlәdiyyә başçısı seçsәk, nә olacaq axı? –
dedi vә әllәrini ağzına tutub qışqırdı: – Ay qardaş, düş
aşağı! Sәni bәlәdiyyә başçısı da seçdik, düş aşağı, vәzifәnә
başla!
Dәli oynaya-oynaya:
– Düşmürәm. Dәlini bәlәdiyyә baçsısı seçәnlәrin
arasında nә işim var? – dedi.
– Yaxşı, bәs onda nә istәyirsәn?
– Nazir qoysanız, düşәrәm.
Aşağıdakılar öz aralarında bir az danışandan sonra
dedilәr:
– Yaxşı, sәni nazir dә qoyduq. Düş. Bax, hamı sәni
gözlәyir.
Dәli hәlә dә oynaya-oynaya dillәndi:
– Düşmürәm! Dәlini nazir qoyanların arasında nә
işim var axı?
   146   147   148   149   150   151   152   153   154   155   156