Page 156 - antologiya
P. 156
Türkiyə ədəbiyyatı antologiyası

İZNİKLİ HACILEYLӘK

Deyirlәr, әgәr sağsağanın dili kәsilib hamarlansa,
tutuquşudan da gözәl danışar. Belә dәyişiklik-
dәn sonra, yәqin ki, qәzetlәrdә gözәl tәlәffüzlü bir
sağsağanın, hәtta televizorda Amerikanın dövlәt himnini
söylәdiyi barәdә dә oxuya bilәrsiniz.
Sağsağanın danışıb-danışmaması mәnә heç maraqlı
deyil, amma leylәk danışa bilsә, ona bir-iki sualım olardı:
Әvvәla, dini vә dünyagörüşü haqqında.
Bilirik ki, әn müsәlman quş hacıleylәkdir. Görәsәn,
bu, doğrudan da, belәdir? Onun müqәddәslәrlә sirli
әlaqәsinin sübut-dәlili olaraq türbәlәrә, pirlәrә, ocaqlara
keşik çәkdiyi qeyd edilir. Hacılığı isә bildiyimiz kimi,
cәnubdan gәlmәsindәn, bir dә dini abidәlәrә yuxarıdan
156 tamaşa etmәsindәn mәlumdur. Amma mәn leylәklәrin hәm
Süleymaniyyәdә, hәm dә Kölndәki kafedral kilsәyә eyni
itaәt vә heyranlıqla tamaşa etdiklәrini öz gözlәrimlә
görmüşәm. (Bu hesablamalarıma görә, indi oradakıları
protestant, Sen-Pyer üzәrindәn uçanları katolik, Trafalqar
meydanında uçuşanları imperialist, Kremlin qüllәlәrinә
qonan hacıleylәklәri kommunist sayaq?)
Bir nәfәr çıxıb “Leylәklәrin dinlә, ideologiya ilә heç
bir әlaqәsi yoxdur, onlar yalnız sәnәtsevәr, zövq әhli olan
quşlardır, әli xәritәli amerikalı turistlәr kimi, әvvәlcә
gәldiklәri şәhәrin tarixi abidәlәrini ziyarәt edirlәr,” – desә,
daha mәntiqli olardı.
Bir baytar tanışım abidәlәrin әtrafındakı bu qәribә
uçuşların hikmәtini mәhz leylәklәrin gözlәrinә yuxarıdan
xoş görünәn yerlәrdә yuva qurmaları ilә izah edir.
Yaxşı, әgәr bu belәdirsә, leylәklәrin Әmir Sultan,
İsabәy, Әyyub Sultan kimi sırf müsәlman ocaqlarına olan
sevgilәrini necә izah edәk?.. Xüsusәn Әyyub Sultan... İs-
   151   152   153   154   155   156   157   158   159   160   161