Page 159 - antologiya
P. 159
dun Tanər 159

Leylәk karvansara divarının dibindә sanki söhbәtin
ondan getdiyini anlayıbmış kimi әdalı-әdalı gәzirdi. Ha-
lından, davranışından belә çıxırdı ki, guya istәsә, bu
dәqiqә uça bilәr, amma ürәyi gәzmәk istәdiyinә görә
qәsdәn uçmur. Sәmadan enmәyin bütün üstünlüyü ilә
qarşıdan keçәn pişiyә yerdә gәzәn bir zavallı mәxluq kimi
baxdı. Pişik fınxırdı. Sonra çardağa dırmaşıb qaçdı. Leylәk
onu qorxutmağı bacardığından, tәşәxxüslә zibilliyә tәrәf
getdi.

Başımızın üstündәki çinarın yarpaqlarını ilıq külәk
şirin-şirin xışıldadırdı. Bir quş cikkildәyib susdu.

Leylәk başını qaldırıb yuxarı baxırdı. Biz dә yuxarı
baxdıq. Lap yüksәklәrdә özünü külәyin ixtiyarına vermiş
bir leylәk mühәrriki sönmüş tәyyarә kimi, sәssizcә aşağıya
tәrәf süzürdü. Hәmin leylәk yaxınlaşdı. Bizim leylәyin düz
başı üzәrinә çatanda şorgözlüklә qanadını çırpdı, yenidәn
havalanıb uzaqlaşdı... Leylәyimiz onun arxasınca uzun-
uzadı baxdı... Sonra yenә zibillikdә eşәlәnmәyә davam
etdi. Yarım dәqiqә keçmәmiş uşaqlardan biri qışqırdı:

– Baxın, baxın!
Bayaqkı leylәk yenә dә süzә-süzә enirdi. Gәldi, bu
dәfә lap alçaqdan, bizim leylәyin az qala başına dәyәcәk
qәdәr alçaqdan uçdu. Hәmin mәqamda ağlımıza belә
gәlmәyәn bir hadisә baş verdi. Tüklәri tökülmüş leylә-
yimiz qәfildәn qanadlarını çırpıb havaya qalxmağa çalışdı.
Var gücü ilә xeyli çırpındı. Ayaqları yerdәn üzülüb
tәxminәn metr yarım, iki metrә qәdәr qalxdı. Amma tez
dә sol tәrәfi ağır gәldi, zibilliyә tәrәf yumbalandı. Hamı
nәfәsini çәkmәdәn ona baxırdı. Şikәst qanadının üstünә
düşdüyünә görә, yәqin ki, ağrımışdı. Buna baxmayaraq,
cәhd edib qalxdı. Yenә bir neçә tükünü qurban versә dә,
heç olmasa, lәlәklәrinin toz-torpağını çırpa bildi. Sonra
özünü o yerә qoymadan sakitcә vә qürurla buradan
uzaqlaşdı, sanki heç nә olmamışdı, sadәcә yeriyәndә ayağı
sürüşüb yıxılmışdı.
   154   155   156   157   158   159   160   161   162   163   164