Page 162 - antologiya
P. 162
Türkiyə ədəbiyyatı antologiyası
Alman professor әlindәki kağız-qәlәmlә bayaqdan
mәscidlәri tәdqiq edәcәk dәstә ilә türbәlәrә baxacaq
dәstәni ayırmağa çalışırdı. Ayağa durub öskürdü. İstәyirdi
ki, danışanda hamı ona qulaq assın. Siyahıdakı adları bir-
bir oxudu. Dәstәlәr ayrıldı. Birinci dәstә getdi. İkinci dә
hazırlaşmağa başladı.
Halbuki mәn bu yuxulu İznik sәhәrindә arxası üstә
uzanıb mavi göy üzünә baxa-baxa beynimdә dolaşan
xәyallarımın rәsmini çәkmәk, sonra da hәsirin üstündә
bardaş qurub yaralı leylәyin hekayәsini yazmaq istәyirdim.
Müәllimin verdiyi Qabriel Dietz, Otto Domlanın qara
cildli kitablarını qoltuğuma vurub gözәl havada mәktәb-
dәn qaça bilmәyәn şagird mәyusluğu ilә dәstәyә qatıldım.
Bәlkә dә, belә mәslәhәt imiş. Çünki imkan versәy-
dilәr, oturub yaralı leylәyin dәrdi ilә bәşәriyyәtin qaçılmaz
taleyi arasında oxşarlıqlar axtara-axtara başımdan yekә bir
162 hekayә yazmaq istәyәcәk, alәmi bir-birinә qatacaqdım.
Hekayәmin son cümlәlәri beynimdә, demәk olar, hazır idi.
Proloqum belә olacaqdı:
“Bütün cәhdlәr әbәsdir... Nә edir-etsin, havaya qalx-
maq üçün nә qәdәr çırpınır-çırpınsın, axırda bәşәriyyәt dә
yaralı leylәk kimi biabırçı vә darmadağın olmuş tәrzdә
torpağa yuvarlanır. Taleyimiz eynidir – uça bilmәyәcәyini
dәrk edә-edә yenә dә güc vermәk, uçmağa cәhd göstәr-
mәk”.
Bәli, qәti lazım olmadığı halda, belә bir kәdәrli vә
bәdbin hekayә yazacaqdım. Müәllimimiz çağırdı, yaza
bilmәdim. Hekayә yazmaq әvәzinә, hәmin gün Mahmud
Çәlәbi mәscidinin qapı kitabәsinin, Yaqub Çәlәbi tәkkә-
sinin kәrpicdәn olan naxışlarını, Nilufәr Xatun imarәtinin
bağçasındakı sütunların arasında keçirdim.
Yaxın günlәrdә dә İsmayıl bәy hamamının naxışları-
nın üzünü köçürәcәyik...