Page 167 - antologiya
P. 167
ık Buğra

mәnim kimidir. İndi sәni oyada bilmәrik, çünki sәnin yu-
xunun da dәyişdiyini dәrk edirik. Әvvәllәr sanki yatanda
nәsә gözlәyirdin. Bәli, artıq yuxun da dәyişib. Hәtta әsl
dәyişiklik elә yuxularında baş verdi. Sәn yuxularında
bizdәn uzaqlaşdın...”

Başımı çevirib ona baxdım. Hәmin mәqamda
qolumda yel xәstәliyinin ağrılarını hiss etdim. Amma
ürәyim qәfildәn rahatlandı. Elә bil neçә illәrdir axtardığım
bir dostumu tapmışdım. Sevincdәn fit çalmaq istәyirdim.
Pәrdәlәri çәkdim ki, gün işığı gözünә düşmәsin. Mәnә
oxşayan tüklü üzündәn yavaşca öpüb otaqdan çıxdım.

Çayımızı içәndә arvadım azca fikirli idi. Mәn giz-
lincә kiçik oğlumun çayına zәhlәsi getdiyi limon da atdım.

SABAH OLMAYACAQ 167

Azca hәyәcanlı idim. Bir ton siqaret çәkmişdim.
Guya axırıncı idi, birini dә yandırdım. Onu
çәkib qurtaran kimi yatağa girmәli idim. Sabahacan
bәdәnim dincәlmәli, zehnim aydın olmalı idi.
Siqaret çәkәndә Hamiddәn, mәsәlәn, Davalasironun1
bir monoloqunu vә ya Ankaranın mәşhur tәnqidçilәrindәn
hansısa birindәn alınmış müsahibәni oxumaq istәdim.
Amma hәyәcan beynimi bürümüşdü, tam aydın tәrzdә
yazılanların belә üstündәn keçirdim. Kobud desәm, başını
buraxırdım.
Bu hәyәcan vә dәhşәt ehtiyacım olan yuxuya tәkan
verә bilәrdi. Qarşısını necә ala bilәrdim? “Bәlkә, fit çalım
vә ya mahnı oxuyum?” – fikirlәşdim. Amma ağlıma yeni –
yәni hәmin mәqamda yeni – melodiyalar gәldi. Bunlar
gәlәcәklә bağlı ehtimalların, gәlәcәkdә baş verә bilәcәk-

1 Davalasiro – Ә.Hamidin “Finten” əsərində obraz
   162   163   164   165   166   167   168   169   170   171   172