Page 168 - antologiya
P. 168
Türkiyə ədəbiyyatı antologiyası
lәrin melodiyası idi... Yeni bir siqaret yandırdığımı sezdim.
Yuxu mәni masa arxasında oturan vaxt yaxalaya bilmәzdi
ki... Hәm dә işıq belә gur yanan zaman yuxulamazdım.
Allahı xatırladım ki, mәnә yuxu versin.
Yatmasam, çox pis olardı. Tez yatmalı idim. Bunun
üçün әn әlverişli şәraiti vә vәziyyәti yaratmaq zәruri idi.
Mәdәmi nәzәrә alıb sol böyrüm üstә uzanmış, hәyәcanımı
dәf etmәk üçün yeni mövzu axtarmağa başlamışdım. Az
sonra sol tәrәfimdә dә ürәyimin olduğunu xatırlayıb sağ
böyrüm üstә çevrildim. Bәdәnim belә daha rahat idi.
Amma sanki beynimdә nәsә çatışmırdı. Başım eynәyini
unutmuş, biri uzağı, digәri yaxını pis görәn bir cüt göz
kimi xәcalәt vә qorxu içindә vurnuxurdu. Bu, mәnim
beynim idi.
Beynim dә öz-özünü mәcbur etdi vә sәbәbi tapdı: sol
böyrüm üstә uzananda gözlәrimin qarşısından keçәn lent
168 qırıldı. Yapışdırdım. Film tәbiәt mәnzәrәsi haqqında idi vә
bu, hәmişә mәnә rahatlıq gәtirirdi. Yuxunun qızıldan
qiymәtli olduğu әsgәrlik günlәrindә onun sayәsindә çox
gözәl nәticәlәr әldә etmişdim. İmkan tapan kimi, on
dәqiqәliyә dә olsa, yatırdım. Yer tapıb uzanır, doğulduğum
qәsәbәni, hәmin qәsәbәdәki nәhәng çinarlarla örtülü
tәpәni yadıma salırdım, belәliklә, әsәblәrim sakitlәşir,
rahat vә qayğısız halda yuxuya gedirdim.
Bu, qanuna çevrilmişdi. Çünki hәr dәfә eyni nәticәni
verirdi. Amma, bax, indi iflasa uğrayır, kömәk etmirdi.
Әvvәllәr nә olur-olsun, yerlәr barәdә düşünmәk
kifayәt edirdi. İndi dә uşaqlığımın o qәsәbәsindә olmaq
istәyir, başqa şeyi yox, ancaq vә ancaq bunu arzulayırdım.
Belә vәziyyәtdә mәni bürüyәn bu әclaf hәsrәti
qoparıb atmaqdan başqa, çarә yox idi. Mәn dә bu cür
etdim. Etmәyinә etdim, amma yuxu hәlә dә mәndәn çox
uzaqda qalmışdı, hәtta ondan xәbәr-әtәr belә yox idi. O
yuxu ehtimalı qәzәb, küskünlük, әsәb, işvә-naz, diksinmә,
ümidlәr, ümidsizliklәr, sevgilәr vә iztirablar tozanağı