Page 169 - antologiya
P. 169
ık Buğra 169

arasında әriyib getmişdi. Bunlar mәni dәli edә bilәrdi.
Yenidәn sol böyrüm üstә çevrildim. Bәlkә dә, bütün o
sifәtlәrin, yadıma düşәn hәr şeyin sağ tәrәfimdә qalacağına
ümid etdim. Tәәssüf ki, düşüncәlәrim dә mәnimlә birgә
tezcә sağ tәrәfimә doluşdular. Mәn dә, bәlkә, heç olmasa,
yarım siqaretin kömәk edәcәyi barәdә fikirlәşmәyә
başladım. Bu vaxt yadıma çәkdiyim siqaretlәrin sayı
düşdü. Uzun-uzadı düşünәndәn sonra әsr namazından bәri
çәkdiklәrimin sayını dәqiq bilmәli idim axı... Yoxsa bey-
nim rahatlıq tapmayacaqdı.

Bir qutu qurtarmışdı. Bunu dәqiq bilirdim. İkinci
qutuda nә qәdәr qaldığını, neçә dәnә çәkdiyimi dәqiqlәş-
dirmәk üçün durub işığı yandırdım. Qutuda sәkkiz siqaret
qalmışdı. Demәli, axşamdan bәri otuz iki siqaret çәkmiş-
dim. Qeyri-ixtiyari “Di, partla,” – dedim. Sonra özümә
tәsәlli verib düşündüm ki, bәlkә dә, çoxunu yanımdakı
adamlara vermişәm. Amma yadıma bunun әksi – dostla-
rımdan da siqaret aldığım düşdü.

Bunun da bir faydasının olmayacağını görüb yatmaq
qәrarına gәldim. Masa arxasından qalxanda gözüm yenә
siqaret qutusuna sataşdı, siqaretlәrin boş qalan yerlәrini
bir daha sayanda orada yeddi siqaret olduğunu gördüm.
Tәәccüblü idi. Axı bayaq sәkkiz siqaret saymışdım. “Ay
Allah!” – deyib siqaretimdәn dәrin bir qullab ala-ala saata
baxdım. Böyük vә kiçik әqrәblәr bәrk-bәrk qucaqlaş-
mışdılar! Mәni fikir götürdü. Siqareti dә, işığı da sön-
dürdüm. Әn geci, yarım saata yatmalı idim. Yatmasam,
çox pis olacaqdı.

Yerimә girәndә bir jurnalda oxuduğum “sayma
metodu”nu sınaqdan keçirmәk qәrarına gәldim. İndiyә
qәdәr heç yoxlamamışdım. Amma müәllifin onu yuxuya
gedә bilmәyәnlәrә mәslәhәtini çox gözәl xatırlayıram.

Bu sistemә görә, yüzdәn geriyә sayılmalı idi. Özümü
sığortalamaq üçün beş yüzdәn başlamaq qәrarına gәldim
   164   165   166   167   168   169   170   171   172   173   174