Page 174 - antologiya
P. 174
Türkiyə ədəbiyyatı antologiyası

İndi altmış beş yaşındadır. Hәyatında canlı, ya da cansız

heç bir varlıq yox idi. Yalnız nә vaxtsa qazandığı var-

dövlәtinin son tikәlәri ilә yaşayırdı.

Bir neçә sәtirdәn ibarәt mәktubu oxudu. Qadın

onunla söhbәtlәşmәk istәyir, şәhәrin әn dәbdәbәli

kafesindә görüş tәklif edirdi. Mәktub da, dәvәt dә onu

hәyәcanlandırmadı. Mәktubda qeyd edilәn gün hәmişә

geyindiyi paltarı, hәmişәki ovqatı vә eyni görkәmi ilә o

kafeyә getdi. Küncdәki kiçik masalardan birinin arxasında

oturub gözlәmәyә başladı. Kafe gözәl geyimli qadın vә

kişilәrlә dolu idi. Adamlar söhbәt edir, xidmәtçilәr ora-

bura qaçırdılar, arabir şux qәhqәhәlәr eşidilirdi.

Hәyatı boyu belә dәbdәbәli yerlәrә çox nadir hallarda

getdiyi barәdә düşündü. Halbuki ürәyindә bu şux adam-

lardan biri olmaqla bağlı sonsuz hәvәs vә arzu vardı. Bәs

niyә bu alәmin adamı ola bilmәdi? – Utancaqlığına

174 görәmi, pulsuzluğuna görәmi? Nәyә görә? Eh, sәn dә,
olmadı da. İndi dә durub bunun dәrdini çәkәcәyәm? Onsuz

da neçә-neçә belә ehtiraslar, arzular ürәyindә alışmış vә

sönmüşdü. İndi isә, ümumiyyәtlә, hәr şeyin odu sönmüş,

külü qalmışdı.

Qәfildәn titrәk qadın sәsi eşitdi:

– Çox gözlәtdim?

Başını qaldıranda qarşısında dayanıb ona baxan

qadını gördü. O idi. Aman Allah, insan da bu qәdәr dәyişә

bilәrmiş? Görәn, qırışlarla dolu bu girdә sifәtin, bu ağ

saçların otuz il әvvәl onu atıb gedәn hәyat dolu gözәl

qadınla nә әlaqәsi var idi? Alovlu, par-par yanan tünd-

qәhvәyi rәngli gözlәr!

Yerindәn durmaq istәdi, kәkәlәyә-kәkәlәyә:

– Üzr istәyirәm, fikrә getmişdim, – deyә bildi.

Qadın gülә-gülә:

– Narahat olmayın, narahat olmayın, – deyib oturdu.

Bir müddәt bir-birlәrinә baxdılar. Sözә birinci qadın

başladı:
   169   170   171   172   173   174   175   176   177   178   179