Page 176 - antologiya
P. 176
Türkiyə ədəbiyyatı antologiyası

– Çox gecdir, әzizim, çox gec, – deyib әlini çәkdi.
Yanlarından keçәn xidmәtçi bir istәklәri olub-
olmadığını soruşdu. Kişi arvadının gözünün içinә baxdı:
– Çoxdan etmәdiyimi edәcәyәm, içәcәyәm. Bir şüşә
rakı gәtir.
Qadın:
–Yaxşı, – dedi. – Siz rakı için, mәnә dә tünd çay
gәtirsin. – Sonra da keçmiş әrinә sarı dönüb sözә başladı:
– O gündәn sonra sizin bütün fәaliyyәtinizi, hәrә-
kәtlәrinizi izlәdim. Bәs bu otuz ildә mәn neylәdim? İndi
bunun heç bir әhәmiyyәti yoxdur. Әrә getdim, uşaqlarım
oldu, övlad sәadәtini, övlad dәrdini daddım. Bütün bunlar
insan hәyatının tәbii hadisәlәridir. Bu gün isә ancaq sizin
haqqınızda danışmaq istәyirәm.
Kişi dillәndi:
– Necә istәyirsiniz, elә dә olsun. İndi sizinlә yenidәn
176 görüşdüyüm üçün xoşbәxtәm. Bәli, çox xoşbәxtәm.
Şaxtalı havada isti otağa girәndә adam necә xoşbәxt
olursa, bax, mәn dә elә xoşbәxtәm.
Bu sözlәri söylәyәndә dodaqlarının kәnarlarında
narın qırışlar yarandı. O qırışlardan sonra qadın, qәlbindә
gözәl, incә nәyinsә qırıldığını hiss etdi. “Yenә eyni
istehzalı tәbәssüm,” – düşündü. Keçmiş әrinin әn sәmimi,
әn hәrarәtli, әn hәyәcanlı hisslәr keçirdiyini güman etdiyi
o mәqamda yaranan mәlun cizgi! Yaşı altmışı ötüb, atıb
getdiyim gün cavan idi, indi qocalıb. Ancaq onu atıb
getmәk üçün ruhumda hiss etdiyim o böyük gücü yaradan
bu cizgi yenә dә sifәtindәdir. Hәmin ifadә sifәtindә yenә
dә sәmimiyyәt gözlәdiyim mәqamda yaranır!
Kişi sözünә davam etdi:
– Sizdәn ayrılandan, daha doğrusu, siz mәni atıb
gedәndәn sonra (bu kәlmәlәri yavaş-yavaş, bir-bir söylәdi)
hәyatımı tәnhalıq içindә keçirdiyimi deyә bilәrәm. Çox
işlәr gördüm, varlandım, kitab yazdım, siyasәtlә mәşğul
   171   172   173   174   175   176   177   178   179   180   181