Page 180 - antologiya
P. 180
Türkiyə ədəbiyyatı antologiyası

ikimizin dә adımız rәhmәtlә anılacaq”, – deyirdin. Bir çox
ticarәt, jurnalistlik, fabrik planları, xülasә, xeyli layihә
hazırladın. Ancaq bu işlәri görәndә adi mәmur idin. Mәnә
böyük vәdlәr verirdin: “Bәli, bir neçә il dә belә qalacağam.
Sonra müstәqil hәyata başlayacağam. O zaman әl-әlә verib
bütün layihәlәrimizi hәyata keçirәcәyik”. Bu vәdlәrin heç
birinә ehtiyac yox idi. Mәn o vaxtlar sәndәn dә, sәnin
arzularından da razı idim. Sәninlә vә arzularınla balaca
evimizdә xoşbәxt bir hәyat yaşayır, yaxud yaşadığımı
güman edirdim.

Qadın susdu, kişiyә diqqәtlә nәzәr saldı. Bu qırışmış
qoca sifәtin bir vaxtlar onu necә hәyәcanlandırdığını
xatırladı. Qalın, ciyәrlәrin dәrinliklәrindәn gәlәn bu kişi
sәsi gözlәrinin önündә canlandırdığı xәyallarla yaşanan bir
neçә ildәn sonra birdәn-birә qәribә, sirli şәkildә
dәyişmişdi. Kişi dillәndi:
180 – Sözünüzә davam edin. Cavanlığımın bütün
hәsrәtlәrini basdırdığım yerlәrdәn bir-bir çıxarıb gәtirin.
Onları, demәk olar, unutmuşdum. İndi sanki başqası
barәdә hekayәtlәrә qulaq aşıram.

Qadın dedi:
– Bundan sonra söylәyәcәklәrim daha kәdәrlidir.
Bundan sonra sizә yandırdığınız körpülәrdәn bәhs edә-
cәyәm, yandırdığınız körpülәrdәn! Evliliyimizin ilk illәri
xәyallar qurmaqla, indi sanki başqaları barәdә hekayәlәr
kimi xatırladığımız arzularla keçdi. Ancaq mәn onlar
barәdә başqasına mәxsus olan arzular kimi danışmıram.
Öz macәramdan, içindә sizin dә olduğunuz macәramdan
danışıram.
– Arzuların artıq dәyişmәyә başlamışdı. Bunu ilk
dәfә bilirsәn nә vaxt hiss etdim? Deyim, qulaq as.
“Bilirsәn nә istәyirәm, dedin, tәsәvvür elә ki, әlimә
tәsadüfәn bir lotereya bileti düşür vә çoxlu pul uduram.
Uşaqlarımız da var. Mәn dә o pulun üstündәn bir az
   175   176   177   178   179   180   181   182   183   184   185