Page 181 - antologiya
P. 181
məd Ağaoğlu 181

götürәrәk qalanını sәnә vә uşaqlara qoyuram vә bir gün
sizә heç nә demәdәn çıxıb gedirәm. Mәni uzun illәr ax-
tarandan sonra ümidinizi üzürsünüz. Sonra illәr keçir,
uşaqlar böyüyür, sәn, bәlkә dә, yenidәn әrә gedirsәn, ya
da getmirsәn. Bir gün, gecәnin bir alәmindә qapını bir ix-
tiyar kişi döyür. Hәmin adamın sifәti sәnә tanış gәlir.
Ancaq inanmırsan. Qoca sәninlә danışır, uşaqları soruşur
vә çıxıb gedir. Bax o, mәnәm! Artıq illәrlә hәr tәrәfi
gәzmiş, hәyatın nә olduğunu başa düşmüşdüm. Mәn sәnә
tanışlıq vermәk, sifәtini unutduğun, xatirәlәri ilә yaşadığın
әrinin әvәzinә, bir qoca kişini sәnә göstәrmәk üçün
qayıtmamışdım. Mәqsәdim mәhz sәnә kim olduğumu
söylәmәdәn qarşına çıxa bilәcәyimi başa salmaq idi”.

Sәnin bu sözlәrini heyrәtlә dinlәyirdim. İlk dәfә idi
ki, mәndәn uzaq, mәnә dәxli olmayan xәyal qurmuşdun.
Sonra sifәtindәki ikinci dәyişikliyi gördüm. Bәzәn
danışanda, – әn çox da özümlә bağlı, – mәnә sevgini söy-
lәyәndә, haqqımda nә düşündüyünü bildirәndә dodaqla-
rının kәnarlarında incә, o qәdәr dә gözә çarpmayan cizgi
yaranır, sifәtin dә hәmin cizgi ilә dәyişir, başqa mәna ifadә
edirdi. Bayaq da dodaqlarının kәnarlarında hәmin o cizgini
gördüm. Sәnә hәyәcanla, hәtta mәst olmuş halda qulaq
asdığım vaxtlarda belә, hәmin cizgini görәrkәn bütün
bәdәnim ürpәşir, özümü göydәn yerә düşmüş kimi hiss
edirdim. Fikir vә arzuların get-gedә vәhşilәşmәyә,
kobudlaşmağa başlamışdı. Bütün insani hisslәrin ağac
qabığı kimi soyulub tökülür, onun altından dolaşıq,
eybәcәr, tәcavüzkar ruhun baş qaldırırdı. Bәzәn mәnә
sevmәdiyin insanlara necә nifrәt bәslәdiyin, onlara işgәncә
verә-verә necә öldürmәk istәdiyin barәdә danışırdın.
İnsanı öldürmәk üçün qorxulu mexanizmlәr, üsullar,
vasitәlәr düşünürdün. Bir gün bıçaq mexanizmindәn
danışdın. Ağac gövdәsi kimi üzüüstә uzadılmış insanın
başından ayağınacan maşınla dümdüz, simmetrik, heç bir
   176   177   178   179   180   181   182   183   184   185   186