Page 185 - antologiya
P. 185
məd Ağaoğlu 185

götürürdü: “Bir gün mәktub-filan da yazmadan mәni atıb
gedәcәk! Buna dözә bilmәzdim. Qürurum, mәnliyim
mәhv olardı. Bu qürur vә mәnlik hissim özünü göstәrәndә
sәnin hәr hәrәkәtini onlara vurulan zәrbә kimi qәbul
etmәyә başladım. Onda mәnә söylәdiyin sözlәr daha acı
olur, daha çox incidirdi. Mәn dә sәnin kimi danışmağa,
ağır sözlәrinә daha ağır cavablar vermәyә başladım. Bәzәn
ağzımdan elә ağır kәlmәlәr çıxırdı ki, qorxu ilә üzümә
baxırdın. Qısası, davakar vә әsәbi olmuşdum. Bu dәyişik-
liyim sәni evdә gәzәri ruh vәziyyәtinә salmışdı. Gecәyarısı
sәssizcә evә gәlir, sәhәrlәr mәni görmәdәn, ya da özünü
görmәzliyә vuraraq çıxıb gedirdin. Mәndәn qorxduğunu
başa düşmüşdüm. Sәnә elә gәlirdi ki, bir gün iş yerinә
gәlib sәni rәhbәrliyin yanında әn ağır sözlәrlә tәhqir
edәcәyәm.

Qadın bir anlığa susdu. Sonra dәrindәn nәfәs alıb
davam etdi:

– Eh, o günlәrin iztirabı... Sanki bәdәnimә nazik
mәftil dolamışdılar. O mәftil bәdәnimi kәsir, hәr gün daha
da dәrinlәrә işlәyirdi. Ruhumun mәruz qaldığı işgәncә hәr
yerimi cismani ağrılar kimi bürüyür, saatlarla yataqda
büzüşmüş vәziyyәtdә qalırdım. Dünyada qadının әzabla-
rından yaranan ağrı qәdәr öldürücü, әzabverici heç nә ola
bilmәz. Bәdbәxt deyildim, ondan da betәr idim.

Amma bütün bunlara baxmayaraq, sәni hәlә dә
sevdiyimi hiss edirdim. Bu sevgi indi sәnә yazığım gәl-
mәk şәklindә tәzahür edirdi. Bәli, sәnә yazığım gәlirdi.
Üzünә sarsaq ifadә dә çökmüşdü. Elә gәzirdin, sanki yu-
xuda idin. Üst-başına baxmır, üzünü günlәrlә qırxmırdın.

Nәhayәt, o gün – sәndәn ayrılmağa mәhkum
olduğuma inandığım hәmin gün gәlib çatdı.

Qadın susdu. Kişi onun sifәtinin saraldığını, gözlә-
rinin yaşardığını gördü. Әlini yavaşca qadının әlinin üs-
tünә qoydu. Ancaq qadın әlini çәkib davam etdi:
   180   181   182   183   184   185   186   187   188   189   190