Page 190 - antologiya
P. 190
Türkiyə ədəbiyyatı antologiyası

– Nә bilim? Evdә heç nә yoxdur axı! İstәyirsәn get

bir şey al.

– Nә alım? De, alım. Bilirsәn ki, bazar-dükan mәnlik

deyil.

Qadın mәtbәxdәn gәtirdiyi tor zәnbili kişiyә verdi:

– Mәtbәx bomboşdur. Bu vaxt nә tapsan, al. Әt, çö-

rәk, pendir, yumurta, kahı, limon, nә tapsan, al. Zәnbili

doldur. Mәn dә evi yığışdırım. Sәn olmayanda daha rahat

işlәyirәm.

Kişi әlindә zәnbil evdәn çıxdı. O çıxan kimi, qadın

işә başladı. Zalın, qonaq otağının tozunu aldı, tәmizlәdi,

süpürdü. Mәtbәxin kaşılarını sildi. Çantalarını açıb çirkli

paltarları seçdi.

Kişi tәxminәn bir saat sonra, gün batana yaxın qayıt-

dı. Zәnbili – bazarlığını mәtbәx masasının üstünә qoydu.

Qadın gәldi. Zәnbili boşaltmağa, bağlamaları açmağa

190 başladı. Әti, pendiri, limonları, yumurtaları boşaldanda
әlinә әt bağlamasına oxşar bağlama keçdi. Әllәşdirib

yoxladı. Burnuna tutdu:

– Bu nәdir?

Kişi:

– Onu deyirsәn? – yaxınlaşıb cavab verdi. – Ciyәr

aldım. Pişik üçün.

Qadın bağlamanı masanın üstünә qoydu:

– Ağlına yaxşı gәlib.

– Haralardadır, görәsәn?

– Ayvaz?

– Hә dә, Ayvaz!

– İndi gәlәr.

Kişi mәtbәxin pәncәrәsindәn evin yan-yörәsinә

baxdı:

– Gözünә dәymәdi?

–Yox.

Kişi bu dәfә mәtbәxin hәyәtә açılan qapısını açıq

qoydu. Çağırdı:
   185   186   187   188   189   190   191   192   193   194   195