Page 195 - antologiya
P. 195
cati Cumali 195

– Ayvaz gәlmәdi?
– Hәlә gәlmәyib!
Әri heç nә demәdi. Qadın yemәk gәtirmәk üçün
mәtbәxә getdi.
Yemәk yeyәndә vә yemәkdәn sonra yataq otağına
gedәnә qәdәr Ayvazdan söhbәt salmadılar. Saat sәkkiz,
doqquzun yarısı, doqquz oldu. Qadın bir neçә dәfә bәhanә
ilә mәtbәxә baxdı ki, bәlkә, Ayvaz gәlmiş ola. Kişi hәr
dәfә siqaret yandıranda qalxdı, hәyәt, eyvan qapılarının
qarşısında dayandı. Pәncәrәlәrdәn bayıra boylandı ki,
görsün Ayvaz gәlmәyib ki. İkisinin dә qulağı sәsdә idi.
Şıqqıltı gәlәn kimi hәr ikisinin gözü pәncәrәyә dikilirdi.
İkisi dә Ayvazın gәrnәşib şüşәyә sürtülmәsini, onların
gәlib pәncәrәni açmalarını gözlәmәsini gözlәyirdilәr
sanki.
Saat doqquzda qadın:
– Mәn yatıram, yuxum gәlir, – deyib ayağa qalxdı.
Kişi:
– Yaxşı, – dedi, – bir yerdә çıxaq.
Yataq otağının işığını yandırıb, qapısını örtdülәr.
Dinib-danışmadan pәncәrәyә yaxınlaşdılar. Kişi pәrdәnin
qırağını aralayıb yenidәn çölә baxdı. Sonra pәrdәni
buraxdı.
Qadın corablarını soyuna-soyuna:
– Düz deyirsәn, – dedi. – Elә bil evdә kimsә çatış-
mır!..
Kişi pәncәrәdәn aralandı. Pencәyini soyunub stulun
söykәnәcәyindәn asdı:
– Әslindә, elәdir. Bu evdә üç canlı idik...
– Çox pis oldum. Bayaqdan özümü zorla saxlayıram.
– Görkәmindәn, sәsindәn hiss olunur. Sәn mәndәn dә
çox sevirsәn Ayvazı.
Qadın gecә lampasını yandırıb otağın işığını söndür-
dü. Әtәyindәn ikiәlli tutub donunu başından çıxardı. Gecә
köynәyini geyinib yatağa girdi.
   190   191   192   193   194   195   196   197   198   199   200