Page 193 - antologiya
P. 193
cati Cumali 193

– Yaxşı da, unut onu! Gәlib çıxacaq. Yaxşı, yaxşı, na-
rahat olma. Pişiklәrin yeddi canı olur, deyirlәr.

Kişi yavaş-yavaş arvadının saçlarını sığallayırdı.
– Yox e, gәlsәydi, gәlәrdi...
Qadın әrinin dodaqlarından ehmalca öpdü. Gözlәri
alışıb-yanırdı:
– Ürәyimsәn, – dedi. – Sәn yaxşı adamsan!
Sonra uzun-uzadı öpüşdülәr. Ardınca bir-birlәrinin
üzünә baxa-baxa uzun müddәt elәcә qaldılar. Qadın tuma-
nını düzәldib ayağa qalxdı:
– İstәyirsәn, heç Suatgilә getmәyәk.
– Özün bilәrsәn.
– Qanın qaradır. Bilirәm ki, onlarda da kefin açılma-
yacaq. Lap yaxşı, tez yatarıq.
Kişi ayağa qalxdı:
– Pis olmaz.
– İstәyirsәn, get marketdәn zәng elә, de ki, gәlә
bilmәyәcәyik. Mәn dә süfrәni hazırlayım.
Aşağı mәrtәbәyә düşdülәr. Kişi zәng etmәk üçün
evdәn çıxdı. Qonaq otağının qabağında balaca eyvan
vardı. Ora dibçәk düzmüşdülәr. Qadın süfrәni düzәltdi.
Sonra on gün susuz qalan güllәrinә su vermәk üçün eyvana
çıxdı. Yan evdәn eyvanlarına baxan bir pәncәrә açıldı.
Evin sahibәsi pәncәrәdәn göründü:
– Xoş gәlmisiniz, quzum! Haralarda qaldınız?
– Xoş gününüzә gәlәk, canım!
– Nә vaxt gәldiniz?
– Bir az әvvәl. Bir-iki saat olar.
– Sizsiz tәk-tәnha qaldıq. Yaman darıxdıq!
– Biz dә sizin üçün darıxdıq!
– İstanbulda çox qaldınız?
– Cәmi on gün! Gedib-qayıtmaqla birlikdә.
– Azdır da. Heç olmasa, babat gәzib dincәlә bildiniz?
– Yaman yorulduq. Sәs-küy, camaat... Heç dincәlә
bildik ki!..
   188   189   190   191   192   193   194   195   196   197   198