Page 198 - antologiya
P. 198
Türkiyə ədəbiyyatı antologiyası

YORĞAN-DÖŞӘK

İndiki kimi xatırlayıram. Mәn o il orta mәktәbin
sәkkizinci, bizim Durmuş Әli dә yeddinci sinfindә
idik. İkimizin dә pulu yox idi. Kәnddә onun da, mәnim dә
bir dul anamız vardı. Onlar da başlarını güclә saxlayırdılar.
Durmuş Әli bütün ümidini pulsuz internata bağla-
mışdı. İmtahana girmişdi, qәbul olunacağına yüz faiz әmin
idi. Mәnsә ümidsiz idim. Hara gedim, nә edim? İki il
gecәlәr işlәdiyim zavod bu il mәni işә götürmürdü.
Mәktәblinin işlәmәyinә qadağa varmış! Niyә qadağanmış,
heç cür başa düşә bilmirdim. İndiyәcәn hәm işlәyir, hәm
dә oxuyurdum.
Beş quruşum belә qalmayıb... Daldalanmağa kol belә
yoxdur! Böyük şәhәrin mәrkәzindә tәk-tәnhayam. Saman
198 çöpü dә yoxdur ki, yapışım! Ürәyimdә dözülmәz kәdәr,
hiddәt var...
Durmuş Әli ilә bir müddәt stansiyanın yuxarı tәrә-
findәki evkalipt ağaclarının altında gecәlәdik. Sonra bu da
mümkün olmadı. Belә davam edә bilmәzdi. Gözәtçilәr dә
imkan vermirdilәr. Hәm dә mәktәbә getmәyә mәcbur idik.
Biz mәktәbә gedәndә isә çöldә qalan yorğan-döşәyimizi
oğurlayardılar ...
Yusif adlı yaxın bir dostum da vardı. Mәni çox
istәyirdi. Evkalipt ağacının altında gecәlәdiyimizdәn
haradansa xәbәr tutmuşdu.
Bir gün utana-utana dedi:
– Bizim damın üstündә yatın da.
Dәli kimi sevindik. Durmuş Әli ilә qucaqlaşıb öpüş-
dük.
Durmuş Әli elә qiyyә çәkdi ki:
– Bundan sonra bizә zaval yoxdur! Bundan sonra kef
edәcәyik!
   193   194   195   196   197   198   199   200   201   202   203