Page 202 - antologiya
P. 202
Türkiyə ədəbiyyatı antologiyası

Yaxşı ki, lampanın zәif işığında yorğan-döşәyimizin
pis gündә olduğu görünmürdü.

– Hәlә yuxumuz gәlmir axı...
O, Durmuş Әliyә baxdı. Durmuş yatırdı. Dürtmәlәyib
oyatdım. Dütrmәlәdiyimi qadın gördü.
– Yatsanız, yaxşı olar.
Durmuş Әli:
– İs.., – dedi.
Sözünün ardını söylәmәyә imkan vermәdim. Qadın
şübhәlәndi.
– Bala, nә deyirdin?
– Ağzının sözünü bilmir ki...
Deyәsәn, bu sözlәri hirslә dedim. Qadın otağına girdi.
Arxasınca baxdım. Yaddaşımda incә bir belin xәyalı hәkk
olundu. Durmuş Әliyә astadan dedim:
– Qadın gözәldir. Amma yaxşıca ...
202 İçәridәn qadının qәhqәhәsi eşidildi. Bu, xәtrimә
dәydi.
– Gözәldir, amma bunlar yaxşı qadınlar deyillәr, –
dedim, – elә olmasalar, hoteldә nә işlәri var ...
Sonra dinib-danışmadıq. Ürәyimizdә dәrd-sәrimiz
olmasaydı, yorğan-döşәyimiz islanmasaydı, Allah bilir,
Durmuş Әli ilә bu qadınlar haqqında nәlәr danışar, nә
xәyallar qurardıq.
Yuxu bizi aparmışdı. Gecә saat üç, ya dörddә qapının
cırıltısına oyandım. Gördüm ki, qadın gecә köynәyindә
pillәkәnlәri enir. Bir azdan gәlib düz qarşımda dayandı.
Hәr tәrәfi açıq idi, döşlәri bayıra çıxmışdı. Demәk olar, lüt
idi... Gözlәrindәn әsәb vә xumarlıq yağırdı. Yenә dә
heyrәtdәn bәrәlmiş nәzәrlәrlә baxırdı. O baxdıqca kiçildi-
yimi hiss edirdim. Arada gözlәrimi bәrk-bәrk yumub bir
müddәt açmadım. Gözümü açanda yenә qadının elәcә
dayandığını gördüm.
   197   198   199   200   201   202   203   204   205   206   207