Page 204 - antologiya
P. 204
Türkiyə ədəbiyyatı antologiyası

Başımı qaldırıb qadının üzünә baxa bilmirdim. Gözünü

üzümә zillәyib mәnә öldürücü nәzәrlәrlә baxdığına әmin

idim.

– Dur, dur, yatağına gir, orada yat!

Oğlan yuxulu-yuxulu burnunu qaşıyıb necә gәldi

soyunmağa başladı.

– Doğrudan, – dedi, – niyә burada yatmışam axı?

Әlindәn tutub yatağına uzandırdım.

Durmuş asta sәslә:

– Qardaş, – dedi, – yaman soyuqdur!

– Yat, – dedim, – indi isinәrsәn.

Qadın mәndәn әl çәksin deyә özüm dә tez soyundum,

yatağıma girib yorğanımı başıma çәkdim.

İstehzalı bir sәs:

– Gecәniz xeyirә, – dedi.

Qapı örtüldü. Qapı arxasından qәhqәhә sәsi eşidildi.

204 Var gücümlә dişlәrimi qıcadım.
Yorğan-döşәk su içindә idi. Bәdәnim buza döndü,

iliyimә qәdәr dondum... Yorğanı başıma çәkdim, ayaqla-

rımı yumaq kimi qarnıma yığdım.

Durmuş Әli yorğanımı dartdı.

– Qardaş, mәn donuram! Qardaş, yerim tamam sudur! –

Dedi.

Mәn dә büzüşmüşdüm. Әsәbimdәn dişim bağırsağı-

mı kәsirdi.

– Qardaş, sәninlәyәm! Donuram!

Yorğanı üstümdәn atdım.

– Nәdir? Nә qardaş-qardaş salmısan? Yat öl dә!

Yenidәn yorğanı üstümә çәkәndә soyuqdan titrәdim.

Sanki bir dәstә ilanı çılpaq bәdәnimә dolamışdılar.

– Qardaş, vallah, üşüyürәm. Soyuqdan ölürәm... Dö-

şәyim su içindәdir... Su içindәdir, qardaş, sәninlәyәm!

Qәfildәn yerimdәn dik atıldım. Geyindim. Әli dә

geyindi. Yenә bir qıraqda oturduq. Elә bil dәnizin içindәn

çıxmışdıq.
   199   200   201   202   203   204   205   206   207   208   209