Page 208 - antologiya
P. 208
Türkiyə ədəbiyyatı antologiyası

vә ya xәtir üçün idi, bu adamın baş hәkimlә şәxsi münasi-
bәti üzündәn deyildi.

Ancaq o da vardı ki, tәzә ütüçümüz, doğrudan da,
işinin ustası idi. Şalvarlarımızı diqqәtlә, sәliqәylә ütülәyir,
köynәklәrimizi çox yaxşı nişastalayırdı. Onları kabinet-
lәrimizә şәxsәn gәtirir, asılqanlardan asır, bәxşişini alan-
dan sonra sevinclә siqaretini yandırıb söhbәt edirdi.
Fransız dilini pis bilmirdi. Tәbii ki, әdәbi dildәn anlayışı
yox idi. Köklü tәhsil almamışdı, uzaqbaşı mәktub yazıb-
oxuya bilәcәk qәdәr bir-ikiillik tәhsili olardı. Lakin
mәdәniyyәt vurğunu idi. Dilindәn “mәdәniyyәt” sözü
düşmәzdi. Bәyәndiyi vә ya xoşuna gәlәn adamı “mәdәni
adam” adlandırmaqdan zövq alırdı. Onun üçün mәdәniy-
yәt anlayışının nәdәn ibarәt olduğunu bilmirәm. Yalnız bir
gün avtobusdakı basabasda ayağını tapdalayan adama
“mәdәniyyәtsiz adam” dediyini qürrәlәnә-qürrәlәnә danış-
208 mışdı.

Ailәsi haqqında mәlumatım yox idi. Әcdadlarının
saraylarda krallara xidmәt etdiklәrini isә özü danışmışdı.
Hәr biri yüksәk rütbәli nәcib, әsilzadә adamlar imiş.
Kimlәr idilәr? Hansı krala, necә xidmәt etmişdilәr? Bunu
heç vaxt demәmişdi. Qәribәsi bu idi ki, tanıdığınız fran-
sızların hamısını o da tanıyırdı. Hәtta sizin tanımağınıza
ehtiyac da yox idi. Ona qohumluğu çatmasa belә, ağlınıza
gәlәn hәr hansı fransız mütlәq ya atasının dostu, ya da
qonşusu idi. Bir gün “Mallarmönün evi Roma küçәsindә
imiş,” – dedim. Mateonun eyni küçәdә Mallarmö ilә qonşu
olmuş çoxlu yaxınları üzә çıxdı. Başqa bir gün “Bodler
Monparnas qәbiristanlığında dәfn edilib,” – dedim.
Babalarının da eyni qәbiristanlıqda Bodlerlә yanaşı yatdıq-
larını dedi.

Amma yenә dә nә olursa-olsun, Mateonun söhbәtlәri
adama lәzzәt verirdi. Gecәlәr dә xәstәxanada qaldığıma
görә bәzәn gecәdәn xeyli keçmiş tikiş sexinә dәyirdim.
   203   204   205   206   207   208   209   210   211   212   213