Page 210 - antologiya
P. 210
Türkiyə ədəbiyyatı antologiyası

– Mateo, bilirsәn ki, tәkcә biz ikimiz yox, hәkimlәrin
çoxu zövqsüz geyinir. Çünki biz başqalarının zövqünә
görә geyinirik. Xәstәlәrimiz minnәtdarlıq üçün bizә o qә-
dәr qalstuk, köynәk, qol düymәsi, hәtta paltarlıq parça hә-
diyyә edirlәr ki, onları nә ata, nә dә sata bilirik. Әlimizdә
qalır, biz dә necә gәldi istifadә edib köhnәltmәk istәyirik.
Öz zövqümüzә görә nәsә almaq istәyәndә dә yeni hәdiy-
yәlәr gәlir. Belәliklә, hәkim öz zövqü ilә geyinә bilmir.

Bu izahat dostumu da sakitlәşdirdi, Mateonun da
xoşuna gәldi. Bir anda dodaqlarının büzüldüyünü, sifәt
әzәlәlәrinin boşaldığını gördük. Uzun-uzadı qәhqәhә
çәkdi. Kaş bütün tәnqidlәri belә olaydı, kaş o qәhqәhә heç
bitmәyәydi... Amma bunun da bir faydası olmadı. Biz az
keçәndәn sonra Mateo yenә dәyişdi, xasiyyәtinin mәnfi,
murdar tәrәfinә qayıtdı. Artıq hәddini aşırdı. Çox vaxt
gecәlәr ütü buxarı vә siqaret tüstüsünә qarışan qeybәtlәr
210 tikiş sexinin alçaq tavanını qara bulud kimi örtürdü.

Onunla bağlı qorxmağa, narahat olmağa başlamışdıq.
Çünki artıq növbә baş hәkimimizә çatmışdı. Hәr gün söz
salır, baş hәkimin savadsızlığından, pis tәşkilatçı
olduğundan başlayıb ailә mәsәlәlәrinә qәdәr gedib çıxırdı.
Bundan sonra lap ağ elәmәyә başladı. Neçә dәfә sözünü
kәsib mövzunu dәyişmәk istәsәk dә, alınmadı. Açıq
şәkildә xәbәrdarlıq etdik, yenә alınmadı. Hansı vasitәyә
әl atsaq da, xeyri olmadı. Artıq sonuncu ovunu parçala-
maq qәrarına gәlmişdi. Nәhayәt, qәt etdik ki, ona çox baş
qoşmayaq, paltarlarımızı ütülәyib gәtirәndә söhbәt
etmәyәk. Bunun da xeyri olmadı. Daha betәri isә baş
hәkimlә birgә onun qızı barәdә dә danışmağa başlaması
idi. Fürsәt düşәn kimi onu da yıxıb-sürüyür, elә hey
pislәyirdi. Baş hәkimin böyük qızı – Avstriya liseyini
bitirәn, musiqi vә ingilis dilindәn xüsusi dәrslәr alan bu
gәnc qız hәm dә ingilis filologiyasını öyrәnirdi. Mateo onu
bәyәnmirdi. Qızda zәriflik, incәlik görmürdü.
   205   206   207   208   209   210   211   212   213   214   215